Şrift:
İstefada olan amerikalı diplomatlar Barak Obamanı İranla danışıqlara çağırıblar
16.07.2013 [13:58] - Siyasət
ABŞ-ın sabiq diplomatları İrana qarşı diplomatiya yolundan kənara çıxmaması tələbi ilə bu ölkənin prezidenti Barak Obamaya məktub yazıblar.


“Mehr” xəbər agentliyinin məlumatına görə, 29 sabiq diplomatın imzasının olduğu məktubda İranın yeni prezidenti Həsən Ruhaninin mülayim xarakterə malik olması böyük fürsət kimi qiymətləndirilib. Məktub müəllifləri ABŞ-ı bu imkandan yararlanaraq İranla bir neçə istiqamətdə və ya ikitərəfli müzakirələrə başlamağa çağırıblar. Keçmiş diplomatlar həmçinin razılığın əldə olunması üçün ABŞ-dan İrana qarşı iqtisadi sanksiyaları yüngülləşdirməyi də tələb ediblər.



Qeyd edək ki, məktubu imzalayanlar arasında ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Tomas Pikerinq, keçmiş dövlət katibi Hillari Klintonun sabiq baş müşaviri An Mari Slater və keçmiş dövlət katibi Kolin Pauelin informasiya rəhbəri işləmiş Lari Vilkerson da var.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed