Şrift:
Bakıda sərnişin avtobusunda bir nəfəri güllələdilər
17.07.2013 [15:02] - Hadisə
Belindən yaralanan Vəfadar adlı şəxs xəstəxanada keçinib

Bakıda Nəsimi rayonu ərazisində Rusiya səfirliyinin qarşısında ölümlə nəticələnən güllələnmə hadisəsinin baş verməsi barədə bəzi məlumatlar əldə olunub. Rayon Polis İdarəsinin 20-ci polis bölməsindən verilən məlumata görə, hadisə 6 saylı sərnişin avtobusunda baş verib.

Belə ki, avtobusa minən sərnişin 1985-ci il təvəllüdlü Anar Aqil oğlu Xəlilov ov tüfəngi ilə digər sərnişin 1975-ci il təvəllüdlü Vəfadar Yunis oğlu Məmmədovu bel nahiyyəsindən güllələyib. Nəticədə Vəfadar ağır vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.

İlkin araşdırmalar zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Dünyasını dəyişən Vəfadarın dostunun polisə bildirdiyinə görə, hadisə baş verərkən onlar birlikdə avtobusda oturubmuşlar. Onun sözlərinə görə, Vəfadar və onu vuran şəxsi heç bir tanışlıq birləşdirmir.

Onlar əvvəldən bir-birilərini tanımırmışlar. Hadisə baş verərkən, dostu qarşıda, Vəfadar onun arxasında, onu güllələyən Anar Xəlilov isə onun arxasındakı oturacaqda əyləşibmişlər. Anarın əlində ov tüfəngi olub. Qəflətən tüfəng açılıb və Vəfadar belindən yaralanıb.

Hadisəni törədən Anar Xəlilovun sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib. O, Vəfadarı əvvəldən tanımayıb. Polis hazırda Anarın gəzdirdiyi silahın icazəli olub-lmadığını və digər qaranlıq məqamları araşdırır. Hazırda faktla bağlı cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed