17.07.2013 [15:25] - Siyasət, DAVAMın yazıları
Son zamanlar aktivləşən ləzgi təşkilatları bu projedə yer almışlar
Rusiya Ləzgi Federal Milli-Mədəni Muxtariyyatı (RLFMMM) 2012-ci il dekabr ayının 3-də BMT-nin nəzdindəki “BMT-də təmsil olunmayan xalqların nümayəndəliyi”nə üzv seçildikdən sonra, bir tərəfdən Avropa Birliyi, Avropa Şurası, digər yandan isə Rusiya, Ermənistan və İranın güclü dəstəyi ilə “Qafqaz siyasətində türklərə son qoyulsun” doktrinası həyata keçirilməyə başlamışdır. Azərbaycan, Kumuk, Noqay, Qaraçay, Balkar, Türkman və Ahısqa Türklərinin toplam sayı Qafqazda yaşayan digər toplumların ümumi cəmindən xeyli artıq olması, Rusiyanın Qafqazı işğalından öncə min illər boyu mövcud olmuş siyasi, coğrafi və kulturoloji, iqtisadi proseslərin tamamilə türk ünsürünün dominantlığı üzərində inkişafına yenidən dönüşülməsi dünyanın antitürk mərkəzlərinin çox ciddi rahatsızlığına səbəb olmuşdur. Bu projedə onların aktivləşməsi siyasəti 18-19-cu yüzilliklərdə olduğu kimi, azsaylı toplumları sosial gücə çevirməklə onları dolayı yolla türklərə qarşı yönləndirmək taktikası artıq bəlli bir prosesə səbəb olmuşdur.
Rusiyanı rahatsız edən səbəblər
Rəsmi Moskvanın strateji mərkəzləri qeyd edirlər ki, “Güney Rusiya” (Quzey Qafqaz) projesində yeni problemlər dərinləşməyə doğru yönəlmişdir. Belə ki, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İngiltərə, İsrail, Gürcüstan və Azərbaycan artıq Rusiya üçün böyük təhlükə mənbəyinə çevrilmişlər. Kreml həmin problemləri aşağıdakı təsnifatlara bölür:
1. Güney Rusiya boyunca yaşayan xalqların arasında radikal dini baxışların inkişafı,
2. Güney Rusiya xalqları arasında pantürkizm ideyasının gücləndirilməsi,
3. Süni şəkildə çərkəz xalqlarının arasında milliyyətçiliyin dərinləşməsi, bu toplumların “Böyük Çerkeziya” ideyası ətrafında birləşməsi, 1761-1864-cü illərdə baş vermiş Qafqaz Savaşında Rusiyanın törətdiyi çərkəz soyqırımının Moskva tərəfindən etiraf edilməsi,
4. 2014-cü ildə keçiriləcək Soçi Qış Olimpiya Oyunlarının iflasa uğradılması siyasətinin aparılması,
5. Yuxarıda adı çəkilən dövlətlərin Quzey Qafqazdakı proseslərə gizli şəkildən dərindən nüfuz etməsi.
Güney Rusiyada gözlənilən təhlükələrin xüsusilə vətəndaş cəmiyyətləri (QHT-lər) tərəfindən icra edilməsi Rusiyanın ərazi bütünlüyü üçün çox böyük təhlükə mənbəyi hesab olunur. Bu prosesin qarşısını almaq üçün rəsmi Moskva QHT sektorunun xarici dövlətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərməsinin qarşısını almağa başlamışdır. Vətəndaş Cəmiyyəti sektorunu xarici dövlətlərə “cəsusluq” etməkdə günahlandırmaq kimi təşəbbüslər irəli sürülmüşdür. Rusiyanın Qafqaz üzrə ixtisaslaşmış texnoloqları təklif etmişlər ki, avar, ləzgi, erməni, talış, osetin, dargin və digər türk kökənli olmayan toplumları vahid siyasi məqsədlər üçün bir araya gətirməklə onlardan sosial güc formulunda idarə etməklə gözlənilən təhlükələrin qarşısını almaq daha effektli sayılır. Bu yöndə RLFMMM bir təşkilat olaraq könüllü şəkildə öz xidmətlərini təklif etmişdir. Ona görə də, RLFMMM-in təşəbbüsləri əsasında Azərbaycan dövlətçiliyinə qarşı son aylarda daha kəskin şəkildə aktivlik nümayiş etdirilir. Bunun qarşılığında isə ləzgi təşkilatlarına ciddi şəkildə maliyyə dəstəyi verilməkdədir. Ləzgi təşkilatları bunun qarşılığında böyük həvəslə antitürk siyasətinin uzantılarının maşası rolunda çıxış etməyi hətta özləri üçün böyük “şərəf” hesab edirlər.
RLFMMM patron rolunda
“Sadval”, “Şarvili”, “Xrax Uba”, “Hacı Davud adına Ləzgi Milli Hərəkatı”, “Moskva Ləzgiləri”, “Güney Dağıstan Xalqları Birliyi”, “Azad Ləzgistan Hərəkatı”, “Rik in qaf”, “Ləzgi Demokrat Partiyası” “Ləzgi Humanitar Fondu”, “Samur” Ləzgi Milli Mərkəzi, “Mixyi rikler”, “Faruk” Sosial Demokrat Qrupu, “Ləzgi Xalqının Milli Dirçəliş Fondu”, “Lezgiyar”, “Alpaniya”, “Yaran Suvar” və digər ləzgi təşkilatlarının bu gün aktiv şəkildə hərəkətə keçmələrinin əsil səbəbi heç də onların öz milli kimlikləri, sosial-iqtisadi və mədəni problemlərinin uğrunda proseslərin qabardılması üçün deyil, daha çox, bu qurumlara Rusiya, İran və Avropanın müvafiq fondları tərəfindən maliyyə dəstəyinin artırılması səbəb olmuşdur. Hər bir ləzgi təşkilatı daha çox bağırmaq, aksiylar keçirməklə qrant layihələri sayəsində külli miqdarda para qoparmaq üçün addım atırlar. Beləliklə yaranmış prosesdə RLFMMM və onun prezidenti Akif Kərimov “patronaj” statusunda ən çox iddialı şəxs kimi özünü irəli vermişdir. Dərbənddən Sibirin Tümen vilayətindəki Surqut şəhərinə qədər Rusiyanın əksər bölgələrində ləzgi təşkilatlarının Azərbaycan əleyhində keçirdikləri aksiyaların əsas məqsədi heç də Dərbənddə Heydər Əliyevin adına qoyulan prospektin adının dəyişdirilməsi tələbləri olmamışdır. Ləzgi xalqının adından istifadə etməklə bu qurumların qrant layihələri əsasında zəhmət çəkmədən müftəxorcasına para qazanmaq iddiası isə göz önündədir.
RLFMMM “Güney Rusiya boyunca xarici dövlətlərin hansı metodologiya boyunca müdaxilə siyasətlərinin ortaya qoyulması üzrə monitorinqlərin keçirilməsi”, “Güney Rusiya üzrə bütün toplumların ictimai qurumlarının iştirakı ilə birlikdə xarici dövlətlərin müdaxilə strategiyasını “ifşa etmək”, ictimai həyatda siyasi və iqtisadi proseslərdə xarici ölkələrin müdaxiləsinin strategiyasına qarşı çıxmaq”, “Güney Rusiyaya xarici dövlətlər tərəfindən mədəni, siyasi, iqtisadi və ideoloji müdaxilələr haqqında anlatik təhlillərin hazırlanaraq onun dərc edilməsi”, “Güney Rusiyada ictimai qurumların xarici dövlətlər tərəfindən təsir vasitələrinə qarşı çıxmasını təmin etmək” tipli təklifləri irəli sürmüşdür.
RLFMMM bir tərəfdən Rusiyanın dəstəyi ilə maliyyə imkanları əldə edərək ləzgi xalqının adından antitürk ovqatlı Azərbaycan əleyhində təbliğatların gücləndirilməsi siyasətini irəli sürmüşsə, başqa bir yandan elə həmin məqsədlər üçün Avropanın, eləcə də BMT-nin müvafiq fondlarından para əldə etmək üçün hərəkətə keçmişdir. Belə ki, RLFMMM Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi, “Human Rights Watch”, Avropa Birliyinin Güney Qafqaz üzrə departamenti, AB Parlamenti ilə birgə xüsusi komisssiya yaradaraq həm də “Rusiya və Azərbaycanda ləzgidilli xalqların problemlərinin araşdırılması” və “Azərbaycanda ləzgi probleminin öyrənilməsi üzrə” birgə layihələr əsasında razılığa gəlmişlər. Macarıstanda isə “Avropa Gənclər Mərkəzi”ndə Avropa Şurasının maliyyə dəstəyi ilə “Sülh perspektivləri: Milli azlıqların səsi” treninqlərin keçirilməsi, “European Youth Press”, “Minority Rights Group”, “Concordia International” və Avropa Şurasının Gənclər Şöbəsi ilə qrant layihələri əsasında kurslar təşkil etməklə Rusiya, Dağıstan və Azərbaycanda ləzgilərin hüquq və azadlıqlarının qorunması, milli və mədəni haqları məsələsində onların aktiv şəkildə fəaliyyət göstərəilməsi üçün kadr siyasəti aparılmağa başlamışdır. Bu prosesdə Rusiyadakı erməni bankları da hərəkətə keçiblər. Onlar avar və ləzgiləri albanşünaslıq üzrə səfərbər etməklə, Azərbaycanın tarixi ərazilərinin türklərə deyil, “aborigen” qeyri türk toplumlarına bağlı olması hədəflərini irəli sürürlər. Erməni banklarının maliyyə dəstəyi ilə 2014-cü ildə “Beynəlxalq albanşünaslıq elmi-praktiki konfransı”nın keçirilməsini belə planlaşdırmışlar.
Azərbaycan üzərinə düşənlərə əməl etmir
1988-ci ildə Moskvanın xüsusi planı əsasında Bakıda “Milli Münasibətlər İnstitutu” adlı bir qurum yaradılmışdı. Elə bu mərkəzin vasitəsilə ölkə daxilində etnik bölücülüyün də əsası qoyuldu. Halbuki, dövlətin milli siyasəti mərkəzi yaradılsaydı, bunun daha geniş mənada effektiv təsiri ola bilərdi. 1998-ci ildə gec də olsa bu institut ləğv olundu. Ancaq, bu yöndə baş verməkdə olan proseslərə Azərbaycan bir dövlət olaraq çox gecikmişdi. Elə indinin özündə belə, dövlətin milli siyasət doktrinası yoxdur. Bunun əsas səbəbi isə Milli Elmlər Akademiyası, müstəqil QHT sektoru, strateji elmi araşdırmalar mərkəzlərinin bu yöndə tamamilə fəaliyyətsiz durumda olmasıdır. İndi yaranmış problemlərin həlli yönündə istiqamətində jurnalistlər və müstəqil araşdırmaçılardan başqa heç kimsə aydınlıq gətirmir. Universitet səviyyəsində “Qafqaz Xalqları” kafedrası fəaliyyət göstərsə də, burada çalışan müəllim və professor heyəti keçmiş sovet düşüncə tərzi səviyyəsində tədris siyasətini aparırlar. Onlar müxtəlif ekspedisiyalara cəlb edilməli, duruma görə elmi konfranslar keçirməli, mədəniyyət və turizm, gənclər və idman nazirlikləri, yazıçılar, rəssamlar və bəsəkarlar birlikləri, digər yaradıcı, elmi mərkəzlər müvafiq layihələri həyata keçirmiş olsalar, o zaman Azərbaycanda yaşayan milli azlıqlarla bağlı xarici müdaxilələri də neytrallaşdırmaq çox asan başa gələ bilər. Bütün bunları nəzərə alan Tehranın fars şovinist mərkəzləri, Ermənistan, Rusiya, eləcə də Qərbin qatı antitürk mərkəzləri Azərbaycana təsir vasitəsi kimi öz siyasi, ideoloji, mədəni hədəflərini ortaya qoyurlar.
Çağdaş Azərbaycan dövlətçiliyi tarixinin səfəvilər dönəmindən başlanılması kimi son zamanlar irəli sürülən təşəbbüsləri hakimiyyətin ən böyük yalnış addımlarından biri hesab etmək lazımdır. Ən azından çağdaş dövlətçilik ənənəsinin və milli siyasətin köklərinin Atabəylər dönəmindən başlanılması daha məntiqlidir. Çünki, Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət abidələrinin yaşı, şəhərsalma mədəniyyəti, əmtəə vahidinin mövcudluğu, urbanizasiyanın inkişafı, elm və sənətin çiçəklənməsi, təhsil sisteminin modernləşməsi, bəşəri ideyaların milli özünüdərklə birgə formalaşması, bütün bunlar dövlətçilik siyasəti kimi məhz Atabəylər dönəmində renosans dövrünü yaşamışdır. Bu dönəmdən başlayaraq dövləçilik və milli siyasət ənənələrinin tarixin sonrakı mərhələsində uzurpatsiyasına söykəmli yaranan digər hakimiyyətlərin sadəcə bu prosesi davam etdirmələri kimi qəbul etmək lazımdır. Yəni dövlət quruculuğunda məmləkətin bütün bölgələri, eləcə də burada yaşayan toplumların birgə iştirakının təmin edilməsi siyasəti dövlətin milli düşüncə doktrinasına tabe etdirilir. Nə qədər ki, Atabəylər dönəmindən başlanılan modern dövlət siyasəti inkar olunacaq, Azərbaycana qarşı ən xırda güclər belə iddialı şəkildə hərəkət edəcəklər. Bu gün hakimiyyətin sadəcə özünün meşşanlıq təfəkkür tərzinə heyranedici boyaları qatmaqla aparılan sosiallaşmağa yön alan dekantimz mövcuddur. Belə bir qavram tərzinə görə dövlətin milli siyasət hədəfləri də olmayacaq. Etnokulturoloji dəyərlər dövlətin coğrafi sərhədləri daxilində dominantlıq edən ulusun varoluşumu ilə uzlaşdırılmayınca, mağara feodalizmi təfəkkürü bütün bunlara sarsıdıcı zərbələr vuracaq. Tarix kiminsə hüdudsuz hakimiyyəti və səlahiyyəti üzərində deyil, dövlətin coğrafi sərhədələri daxilində nə qədər güclü olmanın üzərində qurulmuşdur. Bunu hakimiyyət anlamayınca yuxarıda qeyd olunan problemlər də davam edəcək.
Ənvər BÖRÜSOY

Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |