Şrift:
Eks-prezidentin oğlunun bank hesabı donduruldu
17.07.2013 [16:07] - Xəbərlər
Maksim Bakıyevin ABŞ-da dondurulan hesabının məbləği 70 milyon dollar olub
ABŞ dövlət orqanları Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev bank hesabları dondurub.

Rusiyanın “Kommersant” qəzeti xəbər verir ki, Qırğızıstanın İqtisadiyyat naziri Temir Sariev, ABŞ tərəfinə göndərilən məlumatda, dondurulan hesabın məbləğinin 70 milyon dollardan çox olduğunu deyib: “Qırğızıstanın hazırki hökuməti, eks-prezident Kurmanbek Bakiyevin hakimiyyəti zamanı başqa ölkələrə çıxarılan pulların axtarışına başlamaq fikrindədir. Ümid edirik ki, yaxın gələcəkdə Bişkek pulları qaytarmağa nail olacaq”.

Qeyd edək ki, oğul Bakiyev, Qırğızıstan hüquq-mühafizə orqanları tərəfindən maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulmasında günahlandırılır. O, 2013-cü ilin yazında 25 il müddətinə qiyabi azadlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed