Şrift:
Türkiyə dünyada sayca 4-cü ən böyük donordur
18.07.2013 [12:46] - Gündəm, Türk dünyası-Turan
Qardaş ölkə ötən il ərzində humanitar layihələrə 1 milyard dollar vəsait ayırıb.


Beynəlxalq Humanitar Yardım təşkilatının son hesabatına əsasən Türkiyə ötən il ərzində humanitar layihələrə 1 milyard dollar vəsait ayırıb.

Çox güman ki, bu yardımın əsas hissəsi, xüsusilə də Suriyadakı vəziyyətin nəzərə alınması ilə ətraf regiona yönəldilib,

ABŞ dünyada ən aparıcı donor olaraq humanitar yardıma 3.8 milyard dollar xərcləyib.

Hesabatda dünya üzrə 5 aparıcı donorlar arasında ABŞ, Avropa İttifaqı qurumları, Britaniya, Türkiyə və İsveçin adı əks olunub.

BMT statistikasına əsasən dünya boyu 76 milyon adamın humanitar yardıma ehtiyacı var. Ötən il bu rəqəm 96 milyon təşkil edib.

Cari ildə beynəlxalq humanitar yardımının ümümi həcmi 8 faiz azalıb və 20 milyar dollara yaxındır. Bu yardımın 70 faizi büdcə hesabına qarşılanır.

Hesabatda bu ilki yardım həcminin ötən ilə nisbətdə azalması Yaponiyadakı sunami və Haiti zəlzələsi kimi böyük fəlakətlərin baş verməməsilə izah olunur.

Türkiyə yardımının böyük bir hissəsi ölkədə məskunlaşmış 350 min Suriya qaçqınının yerləşdirilməsinə yönəldilmiş ola bilər, hesabatda güman edilir.

Bununla yanaşı Türkiyənin özü də yardım alan ölkələrin siyahısında üst sətiri tutur.

2011-ci ildə bu ölkəyə verilən yardımın ümumi həcmi 3.2 milyard dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed