Şrift:
Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlərə başlayıb
18.07.2013 [13:15] - Gündəm, Hərb
Ağdamın işğal altında olan ərazilərində güclü partlayış səsləri eşidilir.

Partlayışlar ermənilərin nəzarəti altında olan dağ massivlərində və Uzundərə adlanan ərazidə qeydə alınır.



Ermənilərin həmin istiqamətdə hərbi təlimlər keçdiyi ehtimal olunur. Hərbi dairələrdən bildirilib ki, bu cür partlayış səsləri ağır artilleriya və zirehli texnikalardan açılan atəş üçün xarakterikdir. Partlayış səsləri qonşu Ağcabədi və Bərdə rayonlarının Ağdamla həmsərhəd kəndlərində də eşidilir.



Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında vaxtaşırı hərbi təlimlər keçirirlər.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed