Şrift:
AMEA prezidenti:Azərbaycan - 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyasındakı çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoyur
18.07.2013 [13:46] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin mətbuat konfransı keçirib.


Tədbiri giriş sözü ilə açan AMEA rəhbəri son 3 ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb-resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib.


AMEA-nın prezidenti elmin inkişafına dair respublika prezidenti tərəfindən təsdiq olunan fərman və sərəncamların icra vəziyyəti haqqında da söhbət açıb: ““Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışların alimlərimiz qarşısında konkret vəzifələr qoyur. Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülən işlər haqqında məlumat verən AMEA prezidenti ölkəmizdə formalaşan “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğulayıb. O, AMEA-nın müvafiq qurumlarında İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin ararıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, səmərəli elmi araşdırmaların aparıldığını nəzərə çatdırıb.

Sonra A. Əlizadə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilib. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamələr və təqvimlər, qarı lövhələri, suvenir və aksessuarlar, hədiyyələr və digər nümunələr təqdim olunub. Sonda akademik Akif Əlizadə jurnalistlərlə xatirə şəkli çəkdirib.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed