19.07.2013 [11:29] - Gündəm, Türk dünyası-Turan
"Türk ordusu ilə qarşı-qarşıya gəlmək istəmərik"
Suriyanın Türkiyə sərhəddindəki qarşıdurmalar davam edərkən PKK terror təşkilatının ölkədəki təmsilçisi Demokratik Birlik Partiyası (DBP) həmsədri Salih Müslim BBC-yə açıqlama verib. O, Kürd dövləti qurmaq niyətlərinin olmadığını, Türkiyənin təhlükəsizlik baxımdan qayğılanacağı hər hansı bir vəziyyətin yaranmadığını bildirib.
S.Müslim Türk Ordusunun vətəndaşlarını qorumaq məcburiyyətində olduğunu, ancaq Suriyaya atəş açılmasının doğru olmadığını söyləyib:
“Türkiyənin aramızdakı məsələyə qarışmasını istəmirik. Şimalda kürdlərlə razılaşma əldə etməyə çalışırlar, bu yaxşı bir şeydir. Amma Suriyadakılar öz aralarında razılaşmalıdırlar. Əgər Türkiyə qapılarını humanitar yardım üçün açsa daha yaxşı olar”.
Həmsədr ələ keçirilən Raselayndakı (Serekaniyə) yalnız bayramlarda açılan sərhəd qapısının kürtlərlə yanaşı, ərəblər və xristiyanların da aralarında olacağı bir komitənin nəzarətinə veriləcəyini bildirib. O, türk ordusunun sərhəddə əməliyyat keçirəcəyinə inanmadığını qeyd edib:
“Türk Ordusunun sərhəddə əməliyyat təşkil edəcəyinə inanmıram. Hücum şimaldan da gəlsə, cənubdan da gəlsə xalq mütləq özünü müdafiə edəcək. Amma belə bir vəziyyətin olmasını istəmirik. Türk ordusu ilə qarşı-qarşıya gəlmək istəmərik. Burada bəziləri silahdan istifadə edibsə, bu xalqın özünü müdafiəsi üçündür. Onların Türkiyəyə bir reaksiyası yoxdur”.
Salih Müslim, Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlunun Ceylanpınar mahalında bir nəfərin ölməsindən sonra BMT Təhlükəsizlik Şurasını Suriya ilə əlaqədar hərəkətə keçməyə çağırmasını tənqid edib:
“Bunda məqsəd xarici müdaxilənin edilməsi isə bunu heç kim istəmir. Xarici müdaxilə Suriyanı qarışdırar. Amma bir vasitəçilik nəzərdə tutulursa bu istiqamətdə işlər var və biz də bunu dəstəkləyirik”.

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |