Şrift:
ADU-da Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq mövzusunda tədbir keçirilib
19.07.2013 [12:34] - Gündəm, Gənclik
Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq” mövzusunda tədbir keçirilib.


ADU mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci və Çin Xalq-Azadlıq Ordusu gününün 86-cı ildönümünə həsr olunub.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Liu Hong, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Müəllim-həmkarlar ittifaqının sədri Misgər Məmmədov, Çin dili və mədəniyyəti məkrəzinin direktoru Rafiq Abbasov, rektorun müşaviri Vazeh Əsgərov, universitetin müəllim və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov iki ölkə arasındakı hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın genişlənməsində yaranmış perspektivlərdən və bu istiqamətdə atılan addımlardan söz açıb. O, Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasındakı qarşılıqlı dostluq əlaqələri əsasında birgə bəyannamə”nin hərbi sahədə Azərbaycan-Çin arasındakı münasibətlərin hüquqi əlaqələrinin ümumi strategiyasını müyyənləşdirməkdə böyük rol oynadığını xüsusi qeyd edib.

Rafiq Abbasov Çin Xalq-Azadlıq Ordusunun hərbi xidmət göstərən azərbaycanlı zabitlərin hazırlanmasındakı rolundan danışıb.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Liu Hong Çində hərbi sahədə atılan addımlardan, Çin Xalq Respublikasının siyasi və hərbi hazırlıqlarının özəlliklərindən, 21-ci əsrdə Çin ordusunun qarşısında duran əhəmiyyətli məsələlərdən öz açıb.

Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələr Aysel Mirəliyeva, Natiq Əliyev, İlahə Məmmədova, Nərgiz Niyazova, Ofelya Mustafayeva və Alim Adıgözəlov Azərbaycan, Çin, rus, ingilis, alman dillərində məruzələrində Çində Silahlı Qüvvələrin strukturundan, hazırkı fəaliyyətindən, Azərbaycanın hərbi texnikasından, hərbi sahədə Azərbaycan-Çin münasibətlərindən, Qədim Çində hərbi məsələlərin və Silahlı Qüvvələrin inkişafından bəhs ediblər.
Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed