18.11.2011 [17:38] - Türk dünyası-Turan
Astanada “Türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Qazaxıstan mətbuatının verdiyi məlumata görə, tədbirdə türk xalqlarının elm sahəsindəki əlaqələrinin möhkəmləndirilməsi, informasiya texnologiyaları sahəsindəki terminlər əsasında vahid terminoloji fondun yaradılması müzakirə olunub.
Konfransda həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çuvaşiya, Saxa Respublikası (Yakutiya), Türkiyə, Tatarıstan, Azərbaycandan olan alimlərin hesabatları dinlənilib, informasiya texnologiyaları ilə bağlı terminologiya məsələləri müzakirə edilib.
Qeyd edək ki, türk xalqlarının vahid terminologiya sözlüyünün yaradılması istiqamətində ilk qərar 1999-cu ildə qəbul edilib. 2001-ci ildə informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında türk xalqları arasında ilk forum təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |