22.07.2013 [12:42] - Sosial
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yanvar-iyun aylarında fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,1% artıb. DSMF-nin mətbuat xidmətindən verilən məlumata görə, bu artım nəticəsində iyulun 1-nə fərdi uçot sistemindəki əcnəbilərin sayı 15 824 nəfərə çatıb.
Ümumilikdə, 97 ölkəni təmsil edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 621 nəfərini Türkiyə, 1 723 nəfərini Gürcüstan, 799 nəfərini Rusiya vətəndaşları təşkil edir.
Sonrakı yerlərdə İran (514), Çin (390), Hindistan (381), Böyük Britaniya (234), Özbəkistan (178), Pakistan (146), Almaniya (137), Ukrayna (132), Bosniya və Herseqovina (128), Filippin (119), İtaliya (106), Türkmənistan (104), Qazaxıstan (101), ABŞ (96), Malayziya (91) və s. ölkələr qərarlaşıb.
Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |