Şrift:
Suriyada azərbaycanlı qətlə yetirildi
22.07.2013 [13:48] - Hadisə
Ənvər Zeynalovun cənazəsini ölkəyə gətirmək mümkün olmayıb

Suriyada üsyançıların azadlıq ordusu tərkibində döyüşən azərbaycanlılardan biri Bəşər Əsəd rejimi tərəfindən öldürülüb.

Bbu barədə Suriyada öldürülən Tərtər rayon sakini Ənvər Zeynalovun yaxınları məlumat verib.

Məlumatda qeyd olunur ki, Ənvər Zeynalovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Mərhumun yaxınları Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə alınmayıb. Sonda Ənvər Zeynalov elə Suriyada dəfn edilib.

Tərtər rayonunda isə mərhumun yas məclisi təşkil olunub. Mərhumun valideyinlərinin yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunan mərasimdə yerli əhalidən daha çox vəhhavi təriqətinə qulluq edən dindarlar iştirak edib.

Tərtər Rayon Polis Şöbəsinin sahə rəisi Şahin Hüseynov faktı təsdiqləyib. Sahə rəisi hüzr mərasiminin sakit şəkildə keçdiyini də deyib.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed