Şrift:
Ermənilər Putinə güllü xalat hədiyyə etdi
22.07.2013 [14:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Rusiyada 18 nəfərin ölümü, 30 nəfərin isə yaralanmasına səbəb olmuş qəzanı törədən Qraçi Artunyanın məhkəməyə qadın xalatında gətirilməsi İrəvanı bərk qəzəbləndirib

Erməni Gənclər Birliyi və “Hayazn” Partiyasının nümayəndələri buna etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları Arutunyanın hüquqlarının qorunması və şəxsiyyətinin alçaldılmaması üçün Rusiya səfirliyinə məktub ünvanlayıblar. Aksiyaçılar əllərində Putinin güllü xalat geydirilən şəklini tutublar.
Ermənilər hətta rus məmurları üçün güllü xalatlar da gətirərək səfirliyə təqdim etməyə çalışıblar. Ancaq aksiyanın təhlükəsizliyini qoruyan polislər buna imkan verməyib.
Qeyd edək ki, Qraçi Artunyan Azərbaycan torpaqlarını işğal edilməsində yaxından iştirak edib və daha sonra Ermənistan rəhbərliyini müharibə iştirakşılarına biganəliyini əsas gətirərək işləmək üçün Rusiyaya yollanıb.
Erməni mətbuatı onun 1 ay ərzində 7 dəfə yol hərəkəti qaydalarını pozduğu barədə Rusiya mətbuatında yer alan xəbərləri də təkzib edib.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed