19.11.2011 [09:34] - Hadisə
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə Suraxanı rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 16.00 radələrində rayonun Xanlar Ələkbərov küçəsi 11, mənzil 1 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 37 yaşlı Gerasimova Mariya Aleksandrovna yaşadığı evin hamamında üzərinə benzin tökərək özünü yandırıb. Hadisə baş verən zaman evdə heç kim olmadığından yanğının qarşısını almaq mümkün olmayıb. Qadının qışqırıq səsinə qonşular gələndə isə artıq gec olub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Polisdən bildirilib ki, M. Gerasimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Mərhumun qan xərçəngindən əziyyət çəkdiyi də bildirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |