Şrift:
Sarkisyanın impiçment məsələsi gündəmə gətiriləcək
22.07.2013 [14:20] - Xəbərlər
Ermənistanın hakim koalisiyasına daxil olan «Çiçəklənən Ermənistan» partiyasının Erməni Milli Konqresinə marağı azalıb.Erməni mətbuatı xəbər verir ki, Erməni Milli Konqresi Partiyası maliyyə böhranı ilə üzləşdiyindən regionlardakı şöbələrini belə maddi cəhətdən təmin edə bilmir. Verilən məlumata görə, buna səbəb Ermənistanda keçirilən prezident seçkilərindən sonra «Çiçəklənən Ermənistan» partiyasının bu partiyaya maliyyə yardımını azaltması, daha onunla əməkdaşlıqda maraqlı olmamasıdır. Erməni Milli Konqresi Partiyası Sarkisyanın impiçment məsələsini gündəmə gətirməyi planlaşdırır. Partiyanın sədr müavini Levon Zurabyan bildirib ki, parlamentin payız sessiyasında bu məsələ qaldırılacaq. Əgər bu reallaşarsa, onda «Çiçəklənən Ermənistan» partiyası çətin duruma düşəcək.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed