Şrift:
Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür
23.07.2013 [11:09] - Gündəm, Mədəniyyət
Düz 138 il öncə – 22 iyul (july) tarixində Azərbaycan Milli Mətbuatının ilk qaranquşu sayılan “Əkinçi” qəzeti işıq üzü görüb.
Qəzetin yaradıcısı isə Azərbaycan xalqının tanınmış simalarından olan böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi olub.
Qəzetin fəaliyyəti uzun çəkməsə də, o, Azərbaycan Milli Mətbuatının, Azərbaycan xalqının tarixində, onun maariflənməsində böyük rol oynayıb.
Bu qəzetdən sonra Azərbaycan xalqının digər maarifçi ziyalıları tərəfindən əsası qoyulan “Molla Nəsrəddin” jurnalı, “Şərqi-rus”, “Kaspi”, “Açıq söz”, “Həyat”, “Azərbaycan” qəzetləri, “Füyuzat”, “Yeni Füyuzat” dərgiləri və digərləri davam etdirib.
Ümumiyyətlə, Azərbaycan mətbuatının keçdiyi 137 illik yol keşməkeşli, əziyyətli, lakin şərəfli olub.
Ötən bu illər ərzində Azərbaycan mətbuatının bəzi nümayəndələri Azərbaycanın müstəqilliyi, vətən torpaqları yolunda, 24 ildən bəri davam edən Qarabağ savaşında canlarını fəda edib, şəhid olub, Milli Qəhrəman adına layiq görülüblər.
Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdə ölkədə mətbuat azadlığının təmin olunması istiqamətində bir sıra addımlar atılıb.

Yəni, “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edilib, Mətbuat Şurası formalaşdırılıb, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Eyni zamanda qeyd edək ki, hazırda ölkədə 500-dən artıq mətbuat orqanı fəaliyyət göstərir ki, onların da 100-ə yaxını gündəlik nəşrlərdir.

Xatırladaq ki,Quzey Azərbaycanda 500-dən artıq mətbuat fəalaiyyət göstərir lakin Güney Azərbaycanda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın azərbaycan Türkü 21-ci əsridə hətta öz anadilində təhsil almaqdan məhrum edilib.Bu ədalətsizliyə beynəlxaq aləmlə birlikdə Türk dövlətləri hələdə susur.
İran rejimi orada yaşayan 200 min erməniyə bütün milli hüquq və azadlıqlar verib.İran BMT-in bütün konvensiyalarına qoşulmasına baxmayaraq həmin maddələrinin icrasına hələdə başlamayıb.İran əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan Türkləri bütün milli hüquq və azdlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed