Şrift:
Suriyada qarşıdurma nəticəsində 16 nəfər öldürülüb
19.11.2011 [09:38] - Gündəm
Suriyada təhlükəsizlik qüvvələri və nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 16 nəfər qətlə yetirilib.

Hüquq-müdafiə təşkilatları dünən Xoms, Deraa, Dəməşq və Xama şəhərlərində qarşıdurma olduğunu qeyd edirlər. Həlak olanlar arasında 2 uşaq da var.

Digər məlumatlara görə həlak olanların sayı 18 nəfərdir. Eyni zamanda Suriya televiziyası Dəməşqdə baş vermiş partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının öldüyünü bildirib.
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed