Şrift:
ABŞ Suriya müxalifətçilərinə hərbi dəstək verəcək
23.07.2013 [11:51] - Gündəm, Hərb
Konqresin gizli iclasında üsyançılara silah göndərilməsi təsdiqləndi


Ağ Ev rəhbərliyinin Suriyalı müxaliflərə hərbi dəstək verilməsi ilə bağlı ötən ay verdiyi qərar ABŞ Konqresinin Nümayəndələr palatası və Senata bağlı kəşfiyyat komitələrinin gizli keçirilən iclasında təsdiq edildi.
Reuters agentliyininə verdiyi xəbərə görə, ABŞ Konqresi Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers (Mike Rogers), mətbuata verdiyi açıqlamasında bildirib ki, Ağ Ev rəhbərliyinin Suriya planlarının müvəffəqiyyətlə işləməsi ilə bağlı narahatlığın olmasına baxmayaraq, komitədə aparılan müzakirə və araşdırmalardan sonra qarşılıqlı razılaşma əldə edilib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın iyun ayında Suriya müxalifətçilərinə silah yardımı etməsi ilə bağlı qərarı Konqresdə narahatçılıqla qarşılanmışdı. Qərardan sonra prezident köməkçisi Joe Biden, xarici işlər naziri Conn Kerri ABŞ kəşfiyyat orqanının rəhbəri Conn Brennan Konqres üzvlərinin üzvlərinin bununla bağlı suallarını cavablandırara, narahatçılıqlarını aradan qaldırmağa çalışıblar.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed