24.07.2013 [11:18] - Gündəm, Diaspor
Xaricdə təhsil alan və məzun olmuş tələbələr vasitəsilə Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını və eləcə də savadlı və bacarıqlı kadrlar vasitəsilə xaricdə ölkəmizin müsbət imicinin təbliğatını özünün ən vacib vəzifələrindən biri elan etmiş ASAIF bu məqsədlə fərqli layihələrlə çıxış edir.
Bu ilin may ayından ASAIF-in start verdiyi yeni “Voices for peace, voices for Karabakh" kampaniyası çərçivəsində tələbələrin həyata keçirdiyi tədbirlər davam edir. Kampaniyanın əsas məqsədi dünya əhalisininin diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada hal-hazırda davam edən bütün digər münaqişələrə yönəldərək məcburi şəkildə evlərindən didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanların taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət etməkdir.
Kampaniyanın başladığı gündən indiyə kimi artıq Böyük Britaniya, Avstriya, Litva, İtaliya, ABŞ və Çin də daxil olmaqla 17-ə yaxın ölkədə tələbələrimizin təşəbbüsü ilə insanları sülhə və birliyə çağıran və bununla da ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldən tədbirlər təşkil olunmuşdur.
Növbəti belə bir təşəbbüs 23 iyul 1993 –cü il Ağdamın işğal günü ilə əlaqədar fəal tələbəmiz tərəfindən Rusiyanın Moskva şəhərində həyata keçirilmişdir. Moskvanın mərkəzi küçələrindən birində təşkil olunan bu tədbirin görüntülərini sizə təqdim edirik.
"Voices for peace, voices for Karabakh” kampaniyasında hər kəs iştirak edə bilər. Bu kampaniya sizlərə yaşadığınız şəhərdə və ya oxuduğunuz universitetdə təşəbbüsçü olmaq fürsəti yaradır. Yaradıcı və israrlı olun və dostlarınızı da bu işə cəlb edin. Etiraz səsinizi Qarabağ üçün qaldırın, insanlıq, sülh və ədalət üçün qaldırın.
Daha ətraflı məlumat üçün www.voicesforkarabakh.com rəsmi səhifəsindən və Facebook, Twitter and Instagram üzərindən izləməyi unutmayın.
http://www.facebook.com/voicesforkarabakh
https://twitter.com/vforkarabakh

Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |