Şrift:
Avropa Birliyi Hizbullahı terror təşkilatları siyahısına saldı
24.07.2013 [12:18] - Xəbərlər, Gündəm
Brüsseldə keçirilən Avropa Birliyi (AB) Şurasının növbəti iclasında, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri “Hizbullah”ın Livan qrupunun terror təşkilatları siyahısına salınması ilə bağlı müzakirələr aparıblar.
Müzakirələr nəticəsində “Hizbullah”ın Livan qrupunun terror təşkilatları siyahısına salınmasına qərar verilib.
AB-yə üzv olan ölkələrdən gələn 28 nazirin iştirak etdiyi aylıq yığıncaqda qəbul edilən qərara görə, “Hizbullah” üzvlərinə viza qadağanları qoyulacaq, həmçinin onların əmlaklarına əl qoyulması mümkün gündəmə gətiriləcək.

İclasdan sonra qərarı qiymətləndirən Hollandiya Xarici İşlər naziri Frans Timmermans, AB-nin “Hizbullah” məsələsində ortaq bir qərara gəlməsini yüksək qiyətləndirib:
“Avropanın “Hizbullah” məsələsində ortaq bir qərara gəlməsi çox yaxşıdır. Bu gün olduqca əhəmiyyətli bir addım atdıq”.
Qeyd edək ki, 1997-ci ildə “Hizbullah”ı terror siyahısına salan ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail, uzun müddətdir Avropanı da belə bir addım atması üçün təşviq edirdi.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed