24.07.2013 [12:38] - Gündəm, DAVAMın yazıları
“Mənim fikrimcə, indi xaricdə yaşayan soydaşlarımız milli diaspor halında birləşməli, Azərbaycanla daha səmərəli əlaqələr formalaşdırmalı, müəyyən ümummilli məsələlərin həlli zamanı vahid bir güc mərkəzi kimi idarə olunmalıdır”
Dünən və bu gün də Azərbaycanın dünyada tanıdılması hər zaman ümdə olan məsələlərdən biri olub. Hazırda dünyanın əksər ölkələrində Azərbaycanın təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirilməkdədir.
Amma Azərbaycanın haqq səsinin dünyada tanıdılması elə də asan məsələ olmayıb. Bu gün Azərbaycanı dünyada müdafiə edirlərsə, bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətinin nəticəsidir. Amma onu da xatırlatmaq lazımdır ki, 1991-ci il okyabrın 18-də Azərbaycan müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra dövlət quruculuğu ilə yanaşı, onun dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması məsələsi aktuallaşırdı.
Nəzərə almaq lazımdır ki, həmin zaman Ermənistan silahlı qüvvələrinin Qarabağa hücumları baş verirdi və xeyli sayda dinc insanlarımız həlak olurdu. Bu hücumların ifşa olunması və beynəlxalq qurumların diqqətini buraya yönəltmək üçün mütləq xaricdə diasporumuzun olması bizə hava-su kimi lazım idi. Diplomatik korpusları hələ yaranmayan gənc müstəqil dövlət üçün ilk dəstəyi Azərbaycan icmaları kömək ola bilərdi.
İlk vaxtlar güclü erməni lobbisinin anti-Azərbaycan fəaliyyəti qarşısında dayanmaq çətinlik yaratmaqla yanaşı, bir sıra problemlər yaradırdı. Tarixi bir neçə yüz ilə dayanan erməni lobbisi sistemli şəkildə öz hücumlarına “qanuni” don geyindirməyə çalışırdı və müəyyən qədər dünya ictimaiyyətini aldatmağa nail olurdu. Hətta başqa ölkələrin parlamentarilərindən ibarət özlərinə dost qrupları yaradırdılar. Dünya mediasında yanlış informasiya yaymaqla məsələni başqa tərəfə çəkirdilər.
Maraqlısı o idi ki, ermənilər Qarabağ münaqişəsini xristian-müsəlman davası kimi təqdim etməyə çalışırdılar. Guya ermənilərin başına gələn oyunların və ya faciələrin əsas səbəbi onların xristian olmasıdır. Əslində, bu fikirlər ermənilərin öz işğallarına haqq qazandırmağa hesablanmışdı. Burada əsas maraq dünyanın xristian dövlətlərinin dəstəyini almaq idi. Məhz buna görə Azərbaycanın bu təbliğatın qarşısında dayanması bir çox çətinliklər yaradırdı.
Amma sevindirici hal odur ki, ermənilərin bu planları get-gedə iflasa uğrayırdı. Xüsusilə, böyük tarixi şəxsiyyət, məhrum prezident Heydər Əliyevin 1994-cu ildən başlayaraq Azərbaycanda beynəlxalq neft strategiyasını həyata keçirməsi və xarici şirkətlərin ölkəmizə cəlb edilməsi istiqamətində önəmli layihələrin baş tutması, bununla paralel olaraq bu işlər dünyanın ölkəmizə qarşı baxışını formalaşdırırdı. Ölkəmizə gələn qonaqlar Azərbaycanın necə ölkə olduğu və insanlarımızın yaşam tərzi haqqında təəssüratları formalaşırdı. Onlar Qarabağdan günahsız olaraq didərgin düşən 1 milyon insanın hansı vəziyyətdə yaşadıqlarını öz gözləri ilə görürdülər.
Azərbaycan getdikcə beynəlxalq hüququn subyekti olurdu. Eyni zamanda ölkəmizə maliyyə axınının baş verməsi dövlətin diaspor quruculuğuna xüsusi önəm verməsinə səbəb olurdu. Qardaş Türkiyə bu məsələdə öz köməkliyini göstərirdi. 90-cı illərin əvvəllərində xaricdə fəaliyyət göstərən türk icmaları Azərbaycanın təbliğatçılarına çevrilirdilər.
Əsasən Türkiyənin diplomatik korpuslarında Azərbaycanın ilk diplomatik korpusları yaranırdı. Belə çətinliklərlə dünyada tanıdım strategiyasını qururdu. Bu gün isə dünyanın müxtəlif ölkələrində Azərbaycanın icmaları, mədəniyyət mərkəzləri, gənclər təşkilatları uğurla fəaliyyət göstərməkdədirlər. 2001-ci ildə, 2006-2011-ci illərdə Dünya Azərbaycanlılarının üç qurultayının keçirilməsi xaricdə yaşayan soydaşlarımız arasında koordinasiyanın yaranmasına və əlaqələrin qurulmasına böyük təkanlar verdi.
Xüsusilə, Heydər Əliyev Fondunun mədəniyyət sahəsində uğurlu addımları ermənilərin Azərbaycanın mədəni irsinə sahib çıxmalarının qarşısında bir sipər rolunu oynayır. Xüsusilə, cənab prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı dünya siyasətçiləri uğurlu danışıqlar aparması və Azərbaycanı bölgənin enerji ölkəsinə çevirməsi işğalçı Ermənistanın təcrid olunmasına yol açdı. Ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başladı.
Bu mövzu ilə söhbət etdiyimiz Türkiyə-Hollandiya Parlamentinin Qrup rəhbəri İsmayil Safi son illər Azərbaycanın dünyada tanıdılması istiqamətində bir sıra önəmli işlərin getdiyini söylədi: “Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi və rəsmi Bakının belə tədbirlərə ev sahibliyi etməsi dünyada imicin tanıdılması istiqamətində önəmli fəaliyyətin tərkib hissəsidir. Tanınmış media işçiləri bu tədbirləri işıqlandırmaqla Azərbaycan haqqında informasiya bazası yaradırlar”.
Son illər Avropa Azərbaycan Cəmiyyəti avropalı parlamentarilərin Azərbaycana səfərlərinin təşkil etməklə Azərbaycanın tanıtımı istiqamətində önəmli işlər həyata keçirir. Onlar ölkəmizə gəlib bəyanatlar verir, Azərbaycanın təbliğatçılarına çevrilirlər.
Bu istiqamətdə də “Odlar Yurdu” Təşkilatı son illər fəallığı ilə seçilən diaspor təşkilatlarımızdandır. Onun buraxdığı “Odlar Yurdu” qəzeti dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmalarına paylanılır. Əsasən də təşkilatın “Baku United” futzal klubu Böyük Britaniya və Avropanın idman cədvəlində öz yerini tutmaqdadır.
İdman strategiyasını uğurlu həyata keçirən təşkilat eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının tanıdılması istiqamətində böyük layihələr həyata keçirməkdədir. Misal olaraq onu qeyd edək ki, keçən il Böyük Britaniyanın Kembric Universitetinində dünyanının 100-ə yaxın tanınmış alimlərinin birgə iştirakı ilə ilk dəfə olaraq bu ali məktəb ocağında Qarabağ münaqişəsi haqqında tədbirin keçirilməsi böyük hadisələrdən sayılmalıdır.
Belə tədbirlər erməni yalanlarının ifşasında mühum rol oynayır və düşmənin anti-Azərbaycan informasiyasına sərt bir zərbədir. Təşkilatın sədri İlham Nağıyev son 10 ildə Azərbaycan diasporunun fəaliyyətində hissolunan canlanma yarandığını qeyd edərək, mövzu ilə geniş açıqlama verib: “Əvvəllər diaspor dedikdə yalnız lokal təşkilatlar formasında mövcud olan, ətrafındakı insanlardan başqa heç kimin tanımadığı qurumlar yada düşürdü.
İndi isə biz əməlli-başlı formalaşmış diaspor təşkilatlarından danışa bilərik. Maraqlısı budur ki, bizim diaspor təşkilatlarını güclənməyə, onları Azərbaycançılıq ideyaları ətrafında sıx birləşməyə bizə düşmənçilik etməyə çalışan ermənilər və onların havadarları məcbur edir.
Xüsusilə, 2011-ci ildə üzdəniraq qonşularımızın qondarma erməni soyqırımı məsələsini müxtəlif ölkələrin parlamentlərinə çıxarmaq istəyi Azərbaycan diaspora təşkilatlarının öz aralarında, həmçinin Cənubi Azərbaycan və Türkiyə diasporaları ilə birləşməsini sürətləndirdi.
Bütün dünya başa düşdü ki, Azərbaycan, ümumilikdə türk diasporası güclü bir qüvvədi və onun heysiyyatına toxunmaq olmaz. Mən hesab edirəm ki, 2011-ci ildə Azərbaycan diasporası, xüsusilə, Avropada, ABŞ-da çalışan Azərbaycan diaspor təşkilatları birlikdə nəyə qadir olduqlarını bütün ermənipərəstlərə bir daha göstərdilər.
Azərbaycan hökumətinin xaricdə diaspor qurumlarının təşkilatlanması işinə dəstəyini də yüksək qiymətləndirirəm. Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, xaricdə lobbiçiliyin yaradılmasının dəstəklənməsi, səfirliklərimizin getdikcə daha tez-tez diaspor təşkilatları ilə birgə tədbirlər keçirməsi, xaricdə oxumağa göndərilən tələbələrin sayının artırılması Azərbaycan dövlətinin diasporçuluk fəaliyyətinə ciddi marağından xəbər verir.
Əlbəttə, iş artdıqca, fəaliyət genişləndikcə çətinliklər də artır, qarşıya yeni-yeni problemlər çıxır. Mənim fikrimcə, indi xaricdə yaşayan soydaşlarımız milli diaspor halında birləşməli, Azərbaycanla daha səmərəli əlaqələr formalaşdırmalı, müəyyən ümummilli məsələlərin həlli zamanı vahid bir güc mərkəzi kimi idarə olunmalıdır. İndi belə idarəetmə zamanı yaranan problemlərin həlli yollarının araşdırılmasına ehtiyac var.
Dünyada 300-dək Azərbaycan icma və birlikləri fəaliyyət göstərir, artıq kifayət qədər diaspor təşkilatları mövcuddur, indi əsas diqqət onların işinin keyfiyyətinə verilməlidir”.
Bu kimi təşkilatlarımızın dünyada fəaliyyət göstərməsi Azərbaycanın mövqelərinin güclənməsində səbəb olur. Deməli, bu məsələdə səylərimizi daha da artırmalıyıq. Xüsusilə, gənclərimizin təbliğat məsələsində önə çəkilməsini stimullaşdırmalıyıq.
Müxtəlif dillərdə informasiya portallarının açılmasını sürətləndirməliyik. Avropanın ali məktəblərində Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə nail olmalıyıq ki, elm adamlarının diqqətini ölkəmizə yönəldə bilək. Bu kimi tədbirlərin keçirilməsinə nail ola bilsək, yaxın vaxtlarda Azərbaycanın tanınması ilə bağlı maraqlı və istənilən nəticələri əldə edəcəyik.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |