24.07.2013 [13:19] - Gündəm, DAVAMın yazıları
«Türküstan» qəzetinin 7-13 iyul 2013-cü il tarixli sayında Səməndər Novruzlunun «Asif Ata Ocağının «kalendar» günsırası» adlı yazısı çap olunub. Bəri başdan Asif Ata Ocağının yazılarına yer verdiklərinə görə dəyərli aydınlar – qəzetin qurucusu və yönətim başqanı Tofiq Seyidə, baş redaktor Aqil Camala sayğımızı bildiririk.
Səməndər Novruzlu ilə bir neçə dəfə Yolu Nurlu Şəmkirdə söhbətlərimiz olub. Yazının başlanğıcında o, Ocağımızın 35-ci ili münasibətilə bizi kutlayır. Ləyaqətli yanaşmadır. Ancaq yazıda yazarın bizə nəyi isə öyrətmək istəyi var, məncə, bu, gərək deyil. Bunu Mütləqə İnam Ocağının ömürləşməkdə olan məntiqi söyləyir.
Müəllif «Mütləqilik» ilə «Mütləqiyyət» anlayışlarını qarışıq salır. İnciməyin, Asif Ata Ocağına məsləhət vermək, ağıl öyrətmək olmaz, ona görə ki, burada böyük idrak işi var. Ən başlıcası, biz bu yolu 35 ildir gəlirik. Əgər gələ bilmişiksə, deməli, onu təftiş etmədən öyrənməyin, öyməyin çağıdır.
«Yalnız öyənin döyməyə haqqı var» (Safruh). Ocaqdan uca öyücü Azərbaycan tarixində görünməyib. Bizim işimiz ruhaniyyat, insanilikdir. Dediyimizi ömrümüzdə yaşayırıq. Ehkamı sevmirik, çünki ehkam – dəyişməz yalandır. Yalanla xalq qurulmaz, var olmaz. Biz istəyirik ki, Türk ulusumuz var olsun! Ulus olmağı bacaran, ulusunu var edən – bəşəri də var edər.
Yazıda «Bu qurumun tapınağı yoxdur. Olması vacibdir» demək yazarın Asif Atanın Ocağı, Mütləqə İnam dünyabaxışı haqqında dolğun təsəvvürünün olmaması ilə bağlıdır. Ocaq canlı ruhani yaşamdır. Yalnız bu ideyanı içdən yaşayan işin mahiyyətini dərindən duyar, dəyərləndirər. Ruhani Başçımız Safruhun Ocaq tapınağı ilə bağlı fikri belədir: «Ocaq özünün Mütləqə İnam ruhaniyyatı və fəlsəfəsindən qıraq heç bir tapınaq barədə düşünmür».
Günsırada (təqvimdə) biz astronomik həllə girişməmişik. Bu məsələni elm həll edib. Günsıramız Mütləqə İnam dünyabaxışının tarixini hesablamaq üçündür. Bildirək ki, Asif Ata Ocağının günsırasında aylarda günlərin sayı miladi günsırada olduğu kimidir. Mütləqə İnam dünyabaxışında məqsəd İnsanın ruhani imkanlarının mütləq səviyyədə aşkarlanmasıdırsa, təbii olaraq Ocağın günsırası da bu ülvi, insani, bənzərsiz işə xidmət edir. Buna sevinmək gərəkdir – darılmadan…
Asif Ata Ocağının günsırası belədir:
Aylar
1.Günəş
2. Çiçək
3. İşıq
4. Közərti
5. Od
6. Söngü
7. Ata
8. Solğun
9. Yağış
10.Sərt
11.Qar
12.Köçəri
Həftənin günləri
1. Dilək
2. Gözlək
3. Dözüm
4. Uyum
5. Bölək
6. İstək
7. İnam
Günəş (mart) – əzəli, əbədi, sonsuz, kamil işıq, həyatın yenilənməsi anlamındadır.
Çiçək ayı (aprel) – təbiətin çiçəklənməsi, zəriflik, gözəllik, təmizlik rəmzidir.
İşıq ayı (may) – günün uzanması, təbiətin bolluca işıqlanması, işıqlı, qızmar günlərə qapı açması; içdən işıqlanmaq, ruhani fərəhə çatmaq rəmzidir.
Közərti ayı (iyun) – bu ayda təbiət günəşin şöləsinə – közərtisinə bürünür.
Od ayı (iyul) – bu ay çox odlu olur. Od – arınma, işıqlanma, saflaşma rəmzidir.
Söngü ayı (avqust) – yayın odlu günlərinin sönməsi, sona yaxınlaşması anlamındadır.
Ata ayı (sentyabr) – sentyabrın 25-i Asif Atanın doğulduğu gündür. Ocaq Ataya tapınma, səcdə üzərində qurulub.
Solğun ayı (oktyabr) – yarpaqların saralması və tökülməsi, təbiətin solması anlamındadır.
Yağış ayı (noyabr) – adətən noyabrda yağış çox yağır.
Sərt ayı (dekabr) – havanın sərtləşməsi, qışın soyuq və kəskinliyinin başlamasıdır.
Qar ayı (yanvar) – yanvarda qar yağır, yağması gözlənilir. Qar da təmizlik rəmzidir.
Yeri gəlmişkən, Səməndər bəy deyir ki, guya “qar” sözü yəhudi sözüdür. Hansı ki, bu söz cılxa türk sözüdür. (Bax: “Azərbaycan dilinin izahlı lüğəti” “Şərq-Qərb” 2006, III cild, səh. 45.) “Qar” sözü türkçəmizdəki “od” anlamındakı əski “qor” sözündəndir.
Köçəri ayı (fevral) – ilin başa çatması və köçməsi anlamındadır.
Bildiririk ki, günsıramızda bir neçə ayın və günün adı ərəb və fars dilində idi, ötən il Ocağın Ruhani Başçısı Safruh tərəfindən türkcələşdirildi.
Müəllif yazısında «sürüşmə» məsələsindən bir neçə yerdə danışır. Ayların, günlərin, fəsillərin bir-birinə keçidinin dəqiq, astronomik həlli bizə məlumdur. Hətta saniyə məsələsində belə elm yanlışlıq etmir. Qaldı ki, bizdə adlanma ruhani anlamda olmalıdır, insaniliyi təsdiq etməlidir. Bəşər tarixində, elə Azərbaycanda da günsıra yaratmaq istəyənlər az olmayıb. Ancaq hansı günsıralar yaşayır? Yalnız dünyabaxışa əsaslananlar. Biz deyirik ki, ey Türk ulusu, “yanvar”, “fevral”, “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr”, “noyabr”, “dekabr”, eləcə də “bazar ertəsi”, “çərşənbə axşamı”, “çərşənbə”, “cümə axşamı”, “cümə”, “şənbə”, “bazar” adlarının heç biri sənin deyil! Sən öz ruhunla yaşamalısan. Haçanacan özgəliklərlə yaşayacaqsan? Xalq – özümlü hadisəsidir. Özümlüyə əsaslanan xalq – var olur, yaşayır, yaşadır. Özgəliyə əsaslanan xalq yox olur, yox edilir. Yoxalmayaq – var olaq!
Atamız var olsun!
10 Dözüm günü, Od ayı, 35-ci il. (10.7.2013). Atakənd.

Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |