24.07.2013 [14:21] - Gündəm, Hüquq
Rafael Avakyan və David Barseqyan 11 və 10 il müddətinə azadlıqdan məhrum olunub
Azərbaycanın işğal altında olan ərazilərində casusluq və dövlət sirlərini yaymaqda ittiham olunan iki erməniyə hökm oxunub.“Azatutyun” saytının verdiyi məlumata görə, işğalçı ordunun hərbi birləşmələrindən birində müqavilə əsasında xidmət edən Rafael Avakyan və tələbə David Barseqyan məhkəmə tərəfindən müvafiq olaraq 11 və 10 il müddətinə azadlıqdan məhrum olunublar.
İttiham aktına əsasən, hər iki erməni bir il öncə sosial şəbəkədə özünü İstanbulda yaşayan və xeyriyyə cəmiyyətin üzvü kimi təqdim edən Samvel Azatyan adlı erməni ilə tanış olub və o R. Avakyandan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejiminin ordusunda baş verən fövqəladə hadisələr, oradakı vəziyyət, tibbi xidmətlər, əsgərlərin qidalanması barədə məlumat verməyi və Zəngilanda məskunlaşmış Suriya ermənilərin şəkillərini ötürməyə xahiş edib. Buna görə R. Avakyan və D. Barseqyan hədiyyələr və pul alıblar.
Təqsirləndirilən şəxslər ittihamını qəbul etməyərək bildiriblər ki, etdiklərin hərəkətin mahiyyətini anlamayıblar.

Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |