Şrift:
The New York Timesın səhvi ilə bağlı açıqlama
25.07.2013 [11:41] - Xəbərlər, Gündəm
"Qəzetdə Bakının həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi göstərilməsi böyük ehtimalla texniki səhvlə bağlıdır"
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “The New York Times” qəzetində Bakı ilə bağlı yanlışlıqdan danışıb.
XİN rəsmisi bildirib ki, “The New York Times” qəzetində Bakının həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi göstərilməsi böyük ehtimalla texniki səhvlə bağlıdır.

Elman Abdullayev deyib ki, bununla bağlı Xarici İşlər Nazirliyi bu gün Azərbaycanın ABŞ-dakı səfirliyinə müvafiq təlimat verəcək və səfirlik bu yanlışlığın aradan qaldırılması üçün qəzetin rəhbərliyinə müraciət edəcək.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed