Şrift:
ABŞ payız aylarında İrana müharibə elan edə bilər
25.07.2013 [12:06] - Siyasət, Hərb
"İran özünün nüvə proqramında heç bir dəyişiklik etməsə, ABŞ hərbi gücdən istifadə etməlidir"
ABŞ Konqresində yenidən İranla müharibəyə başlamaq üçün çağırışlar edilib. Bəzi senatorlar Ağ Ev rəhbərliyinin yaxın vaxtlara qədər müharibə başlamalı olduğunu deyiblər.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Konqresin iclasında çıxış edən Respublikaçılar Partiyasının Cənubi Karolina ştatından olan senatoru Qraham bildirib ki, İran özünün nüvə proqramında heç bir dəyişiklik etməsə, İranla müharibəyə başlamaq icazəsi verən yeni qanun layihəsini Konqresə təqdim edəcək.

ABŞ-da beynəlxalq əlaqələr üzrə mütəxəssislər və bəzi konqresmenlər isə bildiriblər ki, İranda yeni dünyagörüşlü birinin dövlət başçısı seçildiyi bir vaxtda, bu ölkəyə qarşı “məcburedici diplomatiyanı” tətbiq etmək, gələcəkdə qurulacaq münasibətlərə indidən pis təsir edə bilər. Ancaq edilən xəbərdarlıqlara baxmayaraq, mühafizəkar senator Qraham dediyinin üzərində israrla dayanır. Onun “İsrail üçün Birləşmiş xristianlar” təşkilatının konfransında İran əleyhinə sərt çıxış etməsi xüsusi diqqət çəkib.

Senator, böyük alqışlarla qarşılanan çıxışında bildirib ki, əgər sentyabr-oktyabr aylarında İranın nüvə proqramında heç bir dəyişiklik olmasa, bu ölkənin nüvə bombası istehsalının qarşısını ala bilmək üçün hərbi gücdən istifadəyə icazə verən qanun layihəsini Konqressə təqdim edəcək.

Onun fikrincə, İranı nüvə proqramından imtina etdirmək üçün ən yaxşı yol müharibədən istifadə etməkdir.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed