Şrift:
Astanada «Türk xalqlarının ortaq kəlmələri» beynəlxalq konfransı başa çatıb
19.11.2011 [10:15] - Türk dünyası-Turan
Astanada başa çatan “Türk xalqları ortaq kəlmələr” adlı beynəlxalq konfransda çıxış edən Qazaxıstan mədəniyyət nazirinin müavini Qaziz Telebayev ortaq Türk kəlmələrinin geniş müzakirəyə səbəb olduğunu bildirib. Bu barədə Qazaxıstan Mədəniyyət nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Q.Telebayev deyib ki, yer üzündə 200 milyonluq türk xalqı var və bu xalqları birləşdirən ortaq türk dilidir: «Türk dilləri Sovetlər dönəmində bir neçə dəfə əlifbasını dəyişdirdilər. Ona görə də türk xalqlarının bir-birlərini başa düşməsi çox çətinləşdi».
Nazir müavini eyni zamanda 2012-ci ilin Astana şəhərinin Türk xalqlarının mədəniyyət paytaxtı olacağını da konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Türkoloji konfransın işində Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının türkdilli muxtar qurumlarından nümayəndələr iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 2932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed