Şrift:
Havalar mülayim keçsə də, əhali mövsümi problemlərlə üzləşir
26.07.2013 [11:08] - Gündəm, Sağlıq
Yay mövsümü ilə əlaqədar 26 şəxs Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün vurması ilə bağlı müraciət etmiş, onlardan 11 nəfər xəstəxanaya yerləşdirilmişdir. Bu barədə bazar ertəsi Bakı Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat vermişdir.
Şahmalıyevin sözlərinə görə, aprel ayından bəri 47 Bakı sakini həşərat sancması ilə stansiyaya müraciət etmişdir ki, onlardan da 27 nəfəri xəstəxanaya yerləşdirilib.
Havavaların yüksək hərarəti hər il Azərbaycanda ilan və əqrəblərin fəallaşmasına səbəb olur. Qeyd olunan müddət ərzində 14 nəfər ilan sanması ilə tibbi yardıma müraciət etmişdir.
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed