Şrift:
“Makkabi”yə biabırçı uduzan "Xəzər-Lənkəran" iki futbolçunu heyətindən uzaqlaşdırdı
26.07.2013 [12:28] - Gündəm, İdman
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Makkabi"(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası "Xəzər Lənkəran" klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib.

Klubun mətbuat xidmətindən bildiriblər ki, komandanın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub.

Bunu əsas götürən "Xəzər Lənkəran" klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Əlavə olaraq qeyd edək ki, göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" Avropa Kubokunun II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə cavab qarşılaşmasında 0:8 hesabı ilə uduzmuşdu. İlk oyun israililərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed