Şrift:
Sərdar Cəlaloğlu: Seçkilərdə elə mövqe tutmalıyıq ki, dövlət maraqları zərbə almasın
27.07.2013 [11:51] - Gündəm, Siyasət
Azərbaycan Demokrat Partiyası seçkilərdə elə mövqe tutacaq ki, dövlət maraqları zərbə almasın. Bunu ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədrinin sözlərinə görə, hadisələr çox gərginləşib: "Rusiya tərəfinin Azərbaycanla bağlı hədələri artıb. Biz gərək seçkilərdə elə mövqe tutaq ki, dövlət maraqları zərbə almasın, vətəndaş qarşıdurması istiqamətindəki proseslərə dəstək kimi çıxmasın.
Partiya sədri seçkilərdə namizədliyinin verilməsi ilə bağlı məsələnin də hələ tam dəqiqləşdirilmədiyini bildirib: "Avqust ayının sonuna, Seçki Məcəlləsində göstərilən vaxta yaxın biz də namizədlə bağlı öz mövqeyimizi ortalığa qoyacıq".
Qeyd edək ki, ADP-nin də üzvü olduğu "Qarabağ" blokunun digər üzvü Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed