Şrift:
Misirdə ordu Mursi tərəfdarlarının aksiyasına silahlı müdaxilə edib, çoxlu sayda ölən və yaralanan var
27.07.2013 [12:52] - Gündəm, Hadisə
İlkin məlumata görə, 75 nəfər ölüb, 2 minədək insan yaralanıb, yaralıların sayının artacağı güman olunur


Misirdə Rabiatul Adeviyyə meydanında aksiya keçirən sabiq prezident Məhəmməd Mursi tərəfdarlarına atəş açılması nəticəsində 75 nəfər ölüb, 2 min nəfər yaralanıb. Bu barədə Türkiyənin «Anadolu» agentliyi (AA) məlumat verib.



Meydandakı səhra hospitalının yetkililərinin verdikləri məlumata görə, Misir təhlükəsizlik qüvvələri "Baltacılar" adlı təşkilat üzvlərinin dəstəyi ilə aksiyaya silahlı müdaxilə edib. Eyni zamanda aksiya iştirakçılarına qarşı qaz qumbaraları tətbiq edilib.



Xəstəxana nümayəndələri yaralılardan 300 nəfərin polisin istifadə etdiyi həqiqi güllələrlə başından və sinəsindən vurulduğunu, ölü sayının daha da artma ehtimalının olduğunu söyləyiblər.



Misirin Hürriyət və Ədalət Partiyasının rəsmi İnternet portalı snayperlərin meydanın yaxınlığında, Əl-Əzhər Universitetinə məxsus binanın damından aksiya iştirakçılarına atəş açdığı barədə xəbər yayıb. Polislərin meydandan Mədinətun-Nasr məhəlləsindəki sığorta xəstəxanasına gətirilən onlarla yaralını həbs etdiyi bildirilib.



Bu arada “Müsəlman Qardaşlar” Təşkilatı Rabiatul Adəviyyə meydanındakı səhra hospitalında yerləşdirilmiş yaralılar üçün yardım çağırışı edib.



Müsəlman Qardaşlar Təşkilatının sözçüsü Məhəmməd əl-Biltaci dünyanı yardım göstərməyə çağırıb: «Hər kəsdən və hər yerdən yardım gözləyirik. Beynəlxalq Qızıl Xaç Komitəsindən başlarına və sinələrindən vurulan yüzlərlə insanın həyatının qurtarılması üçün hərəkətə keçməsini gözləyirik”.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed