27.07.2013 [13:22] - Siyasət, Müsahibə
Andrey Kazantsev: “Putin Kremlin Azərbaycan müxalifətinə dəstək verməsi ilə bağlı bütün şayiələrin yalan olduğunu nümayiş etdirəcək”
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazantsevin APA-nın Moskva müxbirinə müsahibəsi
- Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Əslinə qalsa, Cənubi Qafqaz regionunun geosiyasi vəziyyətində heç bir yenilik yoxdur. Hal-hazırda olan vəziyyət isə çoxdankıdır və bu vəziyyət tezliklə dəyişən deyil. Əvvəla qeyd etmək lazımdır ki, postsovet məkanının digər regionlarından fərqli olaraq Cənubi Qafqaz regionu ən “rəngarəng” regiondur. Azərbaycanlı, gürcü və erməniləri coğrafi yaxınlıqlarından başqa ümumi nə birləşdirir? Dini fərqlilik və xalqların tarixi. Uzun sürən münaqişələr burada mühüm yer tutur. Bu, əslində qeyri-sabitliyin və regiondan kənar oyunçuların davamlı müdaxiləsinin əsas səbəblərindən biridir. Burada regionun bütün ölkələrinin çoxvektorlu siyasəti kök salır. Hansı ki, həmin çoxvektorlu siyasət Rusiya, Qərb, müsəlman qonşular olan Türkiyə və İranla balanslaşdırılıb. Bütün bunları biz, SSRİ-nin süqutundan sonra hər zaman müşahidə edirik.
Regionda olan tək yenilik İvanaşvilinin qələbəsindən sonra Gürcüstanın çoxvektorlu siyasətə qayıtmasıdır. Belə ki, Saakaşvili dövründə Rusiya faktoru tamamilə istisna edilmişdi. Ərdoğanın “qonşularla sıfır problem” siyasətinə baxmayaraq, Ermənistanın Türkiyə ilə münasibətləri düzəlməyib. Türkiyəyə qarşı əks cəbhə yaratmaq üçün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Rusiyadan təhlükəsizlik zəmanəti alıb. Hal-hazırda Rusiya hərbi bazasının tərkibində KTMT-nin birləşmiş aviasiya bazası da daxil olmaqla Ermənistanda Zaqafqaziya hərbi güclərinin dislokasiya edilməsi planlaşdırılır. Azərbaycanın isə xarici oyunçularla (Rusiya və Qərblə) ənənəvi balanslaşdırılmış siyasəti davam edir. Lakin buna baxmayaraq İranla müəyyən problemlər mövcuddur.
- Cənubi Qafqaz ölkələrinin xarici siyasətində Avropaya inteqrasiya istəyinin səbəbini nədə görürüsüz?
- Bunun ilk səbəbi iqtisadiyyatla bağlıdır. Avropa İttifaqı özü ilə ticarət və sərmayə planında bütün postsovet ölkələrini bağlayan böyük iqtisadi gücü təqdim edir. Ona görə də, Cənubi Qafqaz ölkələri haqlı olaraq “avroməkan” çərçivəsində əməkdaşlığın gücləndirilməsi hesabına iqtisadi inkişaf imkanlarını görür. Bu məzmunda “Şərq tərəfdaşlığı” tipində siyasi layihələr də görünür, bura bütün Cənubi Qafqaz ölkələri daxildir. Yeri gəlmişkən, dünyanın bir çox regionlarında, o cümlədən Avropanın özündə belə Avropa İttifaqı böyük iqtisadi güc olsa da, hərbi-strateji planda çox da özbaşına olmayan oyunçu kimi qəbul olunur.
Yeri gəlmişkən, bu “avropameyilli” orientasiyalı iqtisadiyyatın uzun tarixi əsasları var. Bu əsaslar sovet dönəmindən də qabaqkı dövrü, çarlıq dövrünü əhatə edir. Hazırda dəyişən bir şey varsa, o da Mərkəzi Asiyadadır, orada Çinin rolu artır. Çin Almaniyanı geridə buraxaraq Rusiya üçün əsas ticarət tərəfdaşına çevrilib. Oxşar meyllər hətta Belarusa qədər gedib çıxıb, baxmayaraq ki, burada siyasi faktorun böyük rolu vardır. Hesab edirəm ki, Cənubi Qafqaz üçün Avropa İttifaqının iqtisadi təsiri hər zaman təyinedici olacaq. Çünki, Çin çox uzaqdadır.
- Bir çox ekspertlərin fikrincə Rusiya-Azərbaycan münasibətləri çətin dövrünü yaşayır. Siz bu haqda nə fikirləşirsiniz?
- Həqiqətən də ümumi kompleks problemlər mövcuddur. Rusiya Qəbələ RLS-i icarə haqqı ilə bağlı razılıq əldə olunmadığına görə bağladı. İqtisadi problemlərə görə Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə nəqli dayandırıldı. Azərbaycanın yeni Transadriatik qaz kəməri layihəsinin məzmununda Avropanın nəhəng qaz tədarükçüsünə çevrilmək planı var, bu müstəvidə “Qazprom” qazı ilə rəqabət (xüsusilə də, Qatarın sıxılmış və slans qazı) ciddiləşir.
Digər tərəfdən isə müsbət irəliləyişlər də mövcuddur. 2012-ci ildə Rusiyanın hərbi ticarət strukturunda Azərbaycan beşinci yeri tutub. Bir qədər əvvəl Azərbayan-Rusiya arasında yeni silah sövdələşməsinin həyata keçirildiyi məlum oldu. Bu sövdələşmənin şərtlərinə görə, Moskva Bakıya ümumi dəyəri 1 milyard ABŞ dolları olan ağır texnika (tank, artileriya qurğuları və.s) göndərəcək. Bu barədə razılıq çoxdan əldə olunub, lakin silahların göndərilməsinin dayandırılması barədə gəzən söz-söhbətlər təsdiqini tapmayıb.
Fikrimcə, Azərbaycan rəhbərliyi sadəcə olaraq öz ənənəvi çoxvektorlu siyasəti çərçivəsində fəaliyyət göstərir və göstərəcək. Bir halda, nə vaxt ki, rəsmi Bakının maraqlarına cavab verəcək, onda Qərbə böyük yaxınlıq nümayiş olunacaq. Digər hallarda isə Rusiya ilə əməkdaşlıq olacaq. Çətin ki, Bakı hər şeydə Moskva ilə hesablaşsın. Lakin Azərbaycan tamamilə Rusiyaya arxa çevirməyəcək. Çünki Saakaşvili nümunəsi bunun nə qədər səmərəsiz olduğunu göstərdi. Bu Qərbin maraqlarına da uyğun olmazdı, xüsusi ilə də Almaniyanın. Belə ki, Rusiya ilə yeni konflikt yaranardı, hansı ki, Avropa İttifaqı və Vaşinqton hazırda bundan qaçmağa çalışır.
- Hal-hazırda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərinə hazırlıq gedir. Sizcə Rusiya prezidenti Azərbaycana nə üçün gedir?
- Prezidentlərin danışması lazımdır və müzakirə olunacaq çoxlu mövzular var. Güman edirəm ki, birinci müzakirə olunacaq mövzu neft-qaz layihələri çərçivəsində əməkdaşlıqdır. Bir müddət əvvəl “Rosneft” prezidenti İqor Seçin Azərbaycanda olub və bu mövzu müzakirə olunub. İkincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyan etdiyi kimi, Bakı-Novorossiysk neft kəməri ilə neft nəqlinin sazişinə dair yeni müqavilənin hazırlanması. Üçüncüsü, hərbi-texniki əməkdaşlıqdır. Azərbaycan, qeyd etdiyim ki, rus silahının əsas və əhəmiyyətli alıcısıdır və çox güman ki, Putin Azərbaycanla bu əməkdaşlığın davamı imkanlarını müzakirə etmək istəyəcək. Yeri gəlmişkən, Rusiyanın artan iqtisadi problemlərini nəzərə alsaq, belə “hədiyyə” Rusiya Hərbi Sənaye Kompleksinə çox faydalı olacaq. Dördüncüsü, Kreml Azərbaycan-Ermənistan konfliktindən eyni uzaqlıqda dayanmaq mövqeyini təsdiq edəcək. Belə ki, Ermənistanla KTMT çərçivəsində artan hərbi əməkdaşlıq Azərbaycana silah satışı ilə balanslaşdırılır. Beşincisi, Xəzər regionunda stabilliyin qorunub saxlanılması kompleks problemləridir. Altıncı müzakirə olunacaq mövzu isə ölkələrin xarici siyasəti ilə bağlı müəyyən fikir ayrılıqları, Yaxın Şərqdəki hadisələr (İran ətrafındakı təzyiq və Suriya böhranı) olacaq.
- Bu ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Vladimir Putinin səfərini hazırkı prezident İlham Əliyevə dəstək kimi hesab etmək olarmı?
- Birincisi, Putin Kremlin Azərbaycan müxalifətinə dəstək verməsi ilə bağlı bütün şayiələrin yalan olduğunu nümayiş etdirəcək. İkincisi, bu, Bakı ilə münasibətlərin yaxşılaşdırmaq istəyinin nümayişi olacaq. Yeri gəlmişkən, Putinin KTMT-dəki müttəfiqi olan Ermənistana qeyri-rəsmi səfər edəcəyi dəfələrlə anons edilsə də, bu səfər hələ də baş tutmayıb. Bundan başqa, Avropa İttifaqı və Ermənistanın bir neçə gün əvvəl azad ticarət zonasının yaradılması haqqında saziş üzərində danışıqların uğurla başa çatdığını elan etməsini və Kremlin Gömrük İttifaqının genişləndirilməsi ilə bağlı siyasətini nəzərə alsaq, Rusiya belə şeylərə olduqca ağrılı yanaşır. O səbəbdən Putin yeni prezidentliyi dönəmində İrəvandan qabaq Bakıya səfər edəcək.
- Moskvanın Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş kinorejissor Rüstəm İbrahimbəyova müəyyən hallarda dəstək verəcəyi ilə bağlı fikirlər dolaşır. Siz bu haqda nə fikirləşirsiz?
- Həqiqətən də Azərbaycanda demokratik qüvvələrinin Milli Şurasının yaradılmasının Rusiyadakı Azərbaycan diasporu tərəfindən dolayısı ilə dəstəklənməsi ilə bağlı nəzəri mövqe var. Hesab edirəm ki, bunu belə təfsir etmək olar: Moskva Vaşinqton üslubunda eyni vaxtda həm hakimiyyətlə, həm də müxalifətlə əlaqələri dəstəkləməyi öyrənir. Lakin düşünmürəm ki, bu o deməkdir ki, Putin şəxsən İbrahimbəyova dəstək vermək qərarına gəlib. Birincisi, seçkinin nəticələrini təxmin etmək çətin deyil, müxalifətin, hətta birləşmiş olsa belə seçkilərdə qalib gəlmək şansı yoxdur. İkincisi, Azərbaycanın müxalif qüvvələri arasında Qərbyönümlü vektor daha güclüdür və buna görə də, Kreml ABŞ-la artan qarşıdurma tendensiyasını nəzərə alaraq çətin ki, onları ciddi dəstəkləsin.

Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |