29.07.2013 [13:51] - Gündəm, Siyasət
Azərbaycanda seçkilər sərbəstdir. Vətəndaş seçkiyə gələ də bilər, gəlməyə də bilər. Bu, onun hüququdur, vəzifəsi deyil. Amma bəzi ölkələrdə seçkiyə gəlməyənlər cərimə olunurlar. Hətta bu davamlı olarsa, məsələyə cinayət tərkibli hal kimi baxırlar. Azərbaycanda isə buna ehtiyac yoxdur. Çünki Azərbaycan vətəndaşı siyasi cəhətdən aktivdir.
Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günündə bildirib.
"Siyasi partiyaların və siyası partiya bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları" mövzusunda çıxış edən Əsgərov DSK sədrlərinə seçki hüququ və seçki sistemi anlayışları barədə geniş məlumat verib.
"Hakimiyyətə gəlməyin yeganə yolu yalnız seçkidən keçir,"- deyən Ziyafət Əsgərovun fikrincə, hazırda tətbiq etdiyimiz majoritar (təkmandatlı) seçki sistemi Azərbaycan şəraiti üçün daha münasibdir: "Çünki proporsional (partiyalar üzrə) qaydada səs verəndə vətəndaş siyahıdakı şəxslərin hamısına səs verməyə məcbur edilir. O, istədiyi adamla yanaşı, istəmədiyi adama da səs verməli olur. Proporsional sistem namizədə birbaşa səs verməyə imkan vermir. Belə vəziyyət həm də Konstitusiyanın müvafiq müddəalarını pozur. Hətta bəzən proporsional seçki sistemində elə bölgələr, rayonlar olur ki, bəzən onların nümayəndələri parlamentə düşə bilmirlər".
Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |