Şrift:
Azərbaycan Qəbələ RLS-in icarəsi üçün Rusiyadan illik 15 milyon dollar istəyir
19.11.2011 [17:06] - Hərb
RLS-in icarə müddətinin uzadılmasını müzakirə etmək məqsədilə Rusiyadan Bakıya xüsusi işçi komissiya gələcək

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə müddətinin uzadılması məsələsini müzakirə etmək məqsədilə Rusiyadan Azərbaycana xüsusi işçi komissiya gələcək. Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə bu ölkənin müdafiə naziri Anatoli Serdyukov bildirib.
A. Serdyukovun sözlərinə görə, stansiyanın icarəyə verilməsinin maliyyə tərəfi də hələlik həllini tapmayıb. Rusiya Müdafiə, Xarici İşlər və Sənaye və Ticarət nazirliklərinin nümayəndələrindən ibarət işçi komissiya Bakıya səfər zamanı bu məsələni də razılaşdırmalıdır.
“Kommersant” qəzeti isə Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Azərbaycan müddətin uzadılacağı təqdirdə icarə haqqının bir il üçün 7 milyon dollardan 15 milyon dollara qaldırılmasını istəyir. Lakin bu məbləğ Rusiya tərəfini qane etmir.
Qeyd edək ki, Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-in icarə müddəti 2012-ci ildə bitir. Rusiya bu müddətin 2025-ci ilə qədər uzadılmasını istəyir.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed