Şrift:
BMT Somalidə Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terroru pisləyib
30.07.2013 [11:18] - Gündəm, Türk dünyası-Turan
BMT Təhlükəsizlik Şurası Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terror aktını pisləyib.


BMT saytının verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının üzvləri terror aktı nəticəsində həlak olanların ailələrinə, Türkiyə xalqına və hökumətinə başsağlığı veriblər.



Təhlükəsizlik Şurasının sədrinin yaydığı açıqlamada qeyd olunub ki, terrorizm bütün təzahürlərdə təhlükəsizlik və sülh üçün çox böyük təhdiddir.

BMT TŞ üzvləri eyni zamanda hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, iyulun 28-də Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında avtomobil partladılıb.

İnsident nəticəsində 1 türk polisi həlak olub, 3-ü isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.



Yaşayış kompleksinin təhlükəsizlik xidməti hücum edənlərdən ikisini zərərsizləşdirib, lakin üçüncü terrorçu üzərində olan partladıcı qurğunu işə sala bilib.



Hücum nəticəsində 2 somalili və 1 terrorçu ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, partlayış nəticəsində binanın darvazası dağıdılıb. Terror aktına görə məsuliyyəti “Aş-Şabab” ekstremist qruplaşması öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed