Şrift:
AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb
19.11.2011 [17:07] - Gündəm
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex (Malta) və Pedro Aqramuntun (İspaniya) Azərbaycana səfərinin vaxtı dəyişdirilib.

AŞPA-dan APA-ya verilən məlumata görə, həmməruzəçilərin səfəri 2012-ci ilin əvvəlinə təxirə salınıb, dəqiq tarix isə bir qədər sonra məlum olacaq. Səfərin vaxtının dəyişdirilməsinin səbəbləri açıqlanmır.

Qeyd edək ki, həmməruzəçi C. D. Qrex bir qədər əvvəl APA-ya açıqlamasında Azərbaycana bu il noyabrın 22-24-də səfər edəcəklərini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed