Şrift:
Rusiyada Çernobıl təhlükəsi
30.07.2013 [12:48] - Hadisə
1976-cı ildə Oxot dənizində itən bomardman gəmisi hələ tapılmayıb
Rusiyanın Saxalin adası yaxınlığında Oxot dənizində batan gəmidə olan iki atom bombası ölkədə ikinci Çernobıl faciəsinin təkrarlanmasına yol aça bilər.Rusiya mətbuatının məlumatına görə, bunu Rusiya Ekologiya Nazirliyinə bağlı “Geoinform”un köhne müdiri Vyaçeslav Fyodorçenko deyib. Onun sözlərinə görə, 1976-cı ildə Oxot dənizində itən və iki atom bombası daşıyan bomardman gəmisinin hələ də tapılmaması Rusiya üçün çox böyük təhlükə yarada bilər. O, batan gəminin koordinatlarının bilinməsinə baxmayaraq, onun hələ də tapılmamış olmasının narahatedici bir vəziyyət olduğunu deyib.

V.Fyodorçenko Oxot dənizinin dibində 20 tondan çox uran 238 ve 14 milyon kurinin üstündə srtontium-90 olduğunu güman etdiklərini vurğulayıb.

Ekspertlər Oxot dənizində hər hansı bir faciənin yaşanmaması üçün bölgədə təcili araşdırmaların aparılmasının önəmli olduğunu deyirlər.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed