Şrift:
Yollardakı qətliamın qarşısını necə alaq?
30.07.2013 [16:02] - Gündəm, Hadisə
Yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb

Yollar, avtomobillər hər gün dünyada minlərin həyatına son qoyur. Qəzada ölən və yaralananların əksəriyyəti də gənclər olur. Statistikaya görə, yol qəzaları dünyada hər gün 3 min 242 adamın ölümünə, 20-50 milyon adamın yaralanmasına səbəb olur. Hər il dünyada yol qəzalarında ölənlərin sayısa təxminən 1 milyon 200-1 milyon 300 min nəfərdir. 2011-ci ildə də Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı artıb. Bu tip hadisələrin baş verməsinə ilkin səbəb kimi sürət həddinin yüksək olması göstərilir. Digər səbəb iə sürücülərin yol hərəkət qaydalarına riayət etməməsidir.
Qeyd edək ki, son zamanlar yol nəqliyyat hadisəsi ölkəmizdə də hər gün yaşanır. Kütləvi İnformasiya Vasitələrinə nəzər yetirəndə aydın olur ki, hər gün ölkədə müxtəlif səpkili yol nəqliyyat hadisəsi baş verir.
Bir neçə gün öncə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 2 asfalt daşıyan maşınlardan biri yoldan çıxaraq aşıb, onun ardınca gələn ikinci yük maşını isə əks istiqamətdə hərəkət edən “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Nəticədə minik maşının sürücüsü və 4 sərnişin hadisə yerində ölüb.
Buna oxşar qəza isə paytaxtın Babək prospektində qeydə alınıb. Belə ki, adıçəkilən bölgədə piyadanın bir neçə avtomobil tərəfindən vurulması ilə nəticələnən dəhşətli yol qəzası baş vermişdi. Əfqan Abbasov adlı şəxs yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçərkən əvvəlcə minik maşını, sonra isə yük avyomobili tərəfindən vurulmuşdu.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Kamran Əliyev bizimlə söhbətində bildirdi ki,
ümumilikdə isə bu ilin son 5 ayı ərzində Azərbaycanda 1035 belə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 313 nəfər ölüb, 1144 nəfər yaralanıb. Bu qəzaların 429-u Bakıda baş verib ki, nəticədə 104 nəfər ölüb, 503 nəfər yaralanıb.
Ümumilikdə isə bu ilin son 5 ayı ərzində Azərbaycanda 1035 belə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 313 nəfər ölüb, 1144 nəfər yaralanıb. Bu qəzaların 429-u Bakıda baş verib ki, nəticədə 104 nəfər ölüb, 503 nəfər yaralanıb.
Ekspertlər yol nəqliyyat hadisələrinin baş verməsini müxtəlif səbəblərlə əlaqələndirir. Onların fikrincə, qəzaların baş verməsinə səbəb yolda hərəkət intensivliyinin kəskin artmasıdır: “Yol daha çox maşınla dolduğu üçün sürücülərin üstünə daha çox məsuliyyət düşür. Sürücü yolu doğru qiymətləndirməlidir”.

Digər səbəb kimi ekspertlər sürücülərdə sürücülük mədəniyyətinin olmaması ilə izah edir. “Sürücülər çoxlu kobud səhf edir. Qarşıdakı avtomobillə aradakı məsafə az olduğu halda mənasız risk edərək ötmə əməliyyatı həyata keçirirlər. Bu zaman ya qarşıdan gələn maşınla toqquşur, ya da ötmək istədiyi avtomobilin altına girirlər. Bir-birilərinə yol vermir. Yol qəzalarının baş verməsinə yaş faktoru da böyük səbəb olur. Aparılan araşdırmalara görə, 18-35 yaş arasındakı sürücülərin törətdikləri yol qəzalarının ümumi sayı 70 faizdən yuxarıdır. Bu da temperament, insanların müəyyən qədər çılğınlığından irəli gəlir. Təbii ki, yol polisi də bunların hamısına nəzarət edə bilmir”.

Bəzən yaşlı, təcrübəli sürücülər də qəzaya uğrayır. Eskpert bunun da müxtəlif səbəblərdən irəli gəldiyini dedi: “Bəzən avtomobilin nasaz olması yol qəzası ilə nəticələnə bilər. Bəzən isə yeni, xarici maşinin dinamikliyi yaşlı sürücünü aldadır. Yəni, yaşlı insan öyrənib köhnə tipli Sovet maşınına. İndi idarə etdiyi müasir sürətli maşında getdiyi sürəti hiss etmir. Onun köhnə maşına alışdığı reaksiya yeni dinamikalı avtomobil ilə uyğunlaşmır. Bu da qəzaya səbəb olur”.

Ekspert məsələdən çıxış yolu kimi nəqliyyat infrastrukturu ilə bağlı müəyyən işlərin aparılmasında görür: “Nəqliyyatın hərəkətinin təşkili ilə bağlı müəyyən dəyişikliklər aparılmalıdır. Əsas məsələlərdən biri sürücülərin və piyadaların yol hərəkəti mədəniyyətinin artırılması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Ən bəlalı məsələlərdən biri, maşınların saxlanılması üçün parklanma yerləri düzgün seçilməlidir. Avtomobil, magistral yolların genişləndiriməsi lazımdır”.
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed