Şrift:
IV qrup üzrə 403 nəfər 600-dən yuxarı bal toplayıb
31.07.2013 [11:44] - Gündəm, Sosial
3203 abituriyent 150 baldan yuxarı nəticə göstərib

IV ixtisas qrupunun imtahanlarında iştirak edən 403 nəfər 600-dən yuxarı bal toplayıb. Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, imtahanın nəticələrinə əsasən, IV qrupda 973 nəfər 500 baldan yuxarı, 1562 nəfər 400-dən yuxarı, 2187 nəfər 300-dən yuxarı, 2849 nəfər 200-dən yuxarı, 3203 nəfər 150-dən yuxarı nəticə göstərib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ali məktəblərə IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfər imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu qrup üzrə imtahanlarda iki nəfər 700 bal toplayıb.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed