Şrift:
Azərbaycan prezidenti: “Ölkədə pensiyalar, minimum əməkhaqqı, bütün sosial ödəmələr artacaq”
19.11.2011 [17:13] - Sosial
“Qarabağ əlilləri, şəhid ailələri üçün həm Bakıda, həm müxtəlif bölgələrdə binalar tikilir. Bu proses çox geniş vüsət alıb və ümid edirəm ki, növbəti bir neçə il ərzində bütün problemlər həllini tapacaq”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

Bu günə qədər 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillərlə təmin edildiyini bildirən dövlət başçısı 3 mindən çox ailənin növbədə olduğunu söyləyib: “Onların da problemləri həll olunacaq”.

Prezident bütün sosial məsələlərin həllini tapmalı olduğunu vurğulayıb: “Əmək haqları, pensiyalar artırılır, bu il də artırılıb. Doqquz yüz minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb, yenə də artacaq. Minimum əməkhaqqı da, bütün sosial ödəmələr də artacaq. Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”.
Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed