31.07.2013 [16:05] - İqtisadiyyat
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 361,8 mln. manat vəsait yönəldilib, onun 64,9%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 22,9%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 39,6% artıb. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 4 482,6 mln. manat, qeyri-dövlət müəssisələri isə 2 879,2 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 3 849,5 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 3 512,3 mln. manatlıq vəsaitdən istifadə edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artaraq ümumi sərmayənin 74,9%-ni təşkil edib, onun 76,7%-i dövlət, 23,3%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3 242,0 mln. manat (ümumi vəsaitin 44%-i), bank kreditləri 346,4 mln. manat (4,7%-i), büdcə vəsaitləri 3 321,4 mln. manat (45,1%-i), büdcədənkənar fondların vəsaitləri 256,3 mln. manat (3,5%-i), əhalinin şəxsi vəsaitləri 177,2 mln. manat (2,4%-i), sair vəsaitlər 18,5 mln. manat (0,3%-i) təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 45,4%-i sənaye sahələrinin inkişafına, 18,2%-i nəqliyyat və anbar təsərrüfatına, 9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9%-i mənzil tikintisinə), 7,4%-i dövlət idarəetməsinə, 4,2%-i kənd təsərrüfatına, hər birində 3,2% olmaqla səhiyyəyə, istirahət, əyləncə və incəsənətə, 3%-i təhsilə, 2,7%-i tikintiyə, hər birində 1% olmaqla informasiya və rabitəyə, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,9%-i ticarətə, 0,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,2%-i digər sahələrdə xidmətlərin göstərilməsinə, hər birində 0,1% olmaqla maliyyə və sığortaya, peşə, elmi və texniki fəaliyyətə sərf edilib.
Bununla yanaşı, 2013-cü ilin yanvar-iyun aylarında qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,5% artaraq 5 111,2 mln. manat (ümumi sərmayənin 69,4%-i) təşkil edib.
Cari ilin ilk altı ayında Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, «Alov qüllələri» kompleksindəki «Fairmont Baku» oteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində «Gilan» Tekstil Parkı, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və «Milla» süd məhsulları və dondurma istehsalı zavodları, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 917,9 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 4 654 şagird yerlik ümumtəhsil məktəbləri, 737 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və s. obyektlər istifadəyə verilib.

Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |