Şrift:
Ədliyyə Nazirliyi Nikah qeydiyyatı üçün elektron müraciət xidmətini təqdim edib
31.07.2013 [16:28] - Sosial
Azərbaycan Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmət təqdim edib.


“Nikah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər nikaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər.



Nikah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nikahı 1 aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.
Bu xəbər oxucular tərəfindən 1770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed