01.08.2013 [12:06] - Güney Azərbaycan xəbərləri, Hərb
“İranla Rusiya arasında “Anti-2500” hava hücumundan müdafiə sistemi ilə bağlı heç bir razılaşma əldə edilməyib”.İRNA-ın məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.
Onun sözlərinə görə, rəsmi Kreml Tehrana iki ölkə arasında bağlanmış müqaviləyə uyğun olaraq təhvil verməli olduğu “S-300” hava hücumundan müdafiə sistemi əvəzinə, “Anti-2500” hava hücumundan müdafiə sistemi təklif etməyib: “İran belə bir şeyi qəti şəkildə qəbul etməyəcək və bununla bağlı hansısa görüş də keçirməyəcək”.
Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş “S-300” hava hücumundan müdafiə sistemi 2007-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təslim etməkdən boyun qaçırıb. Bu səbəbdən İran müqaviləni birtərəfli qaydada pozduğuna görə Rusiyanın “Rosoboroneksport” şirkətini beynəlxalq məhkəməyə verərək 4 milyard dollar təzminat ödənilməsini istəyir.

Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |