01.08.2013 [13:47] - Türk dünyası-Turan, Hərb
Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb
Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş nazir Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Ali Hərbi Şurasının (YAŞ) toplantısı başlayıb.
Türkiyə mediasının verdiyi məlumata görə, avqustun 4-dək davam edəcək toplantıda Türkiyə Silahlı Qüvvələrində 15-i hazırda həbsdə olmaqla, 103 general və admiralın tərxis olunması və yeni vəzifə təyinatları məsələsinə baxılacaq.
İclasın nəticəsi olaraq, Türkiyə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri komandanlarının iki illik vəzifə müddətinin başa çatması ilə əlaqədar təqaüdə göndərilməsi, Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin isə bu vəzifədə səlahiyyətlərinin 2015-ci ilin avqust ayınadək uzadılması gözlənilir.
İlkin ehtimallara görə, Jandarma Baş Komandanı ordu generalı Bəkir Kalyoncu quru qoşunları komandanı təyin olunacaq.

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |