01.08.2013 [15:26] - Gündəm, Sosial
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.
Artıq başlanımış proses çərçivəsində ADNA-nın 6 yataqxanasından 760 ailə Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş şəhərciyə köçürüləcək.
Qeyd edək ki, Masazır qəsəbəsində 12 hektar sahədə salınmış şəhərcikdə 760 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Şəhərcikdə məktəb, uşaq bağçası, klub, tibb məntəqəsi inşa edilib.

Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |