Şrift:
Azərbaycanda yeni futbol mövsümü: İspan və rusiyalı baş məşqçilərinin ilk sınağı
02.08.2013 [10:35] - Gündəm, İdman, Bildiriş
Bu gün futbol üzrə Premyer Liqada 2013/14 mövsümünə startı veriləcək. İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

Açılış matçında "Bakı" klubu doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Bu oyunu iki yeni baş məşqçinin dueli də adlandırmaq olar. Belə ki, bu gün həm Milinko Pantiç, həm də Yuri Syomin mövsümdə ilk matçına çıxacaqlar.

Qeyd edək ki, Premyer Liqada I tura avqustun 4-də keçiriləcək iki oyunla yekun vurulacaq.


2 avqust (cümə)

Premyer Liqa, I turun oyunları

18:30. "Bakı" - "Qəbələ"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

3 avqust (şənbə)

18:30. "Simurq" - "Rəvan"
Qəbələ şəhər stadionu.

20:00. "Neftçi" - AZAL
"Bakcell Arena" stadionu.


4 avqust (bazar)

18:30. "Sumqayıt" - "Xəzər Lənkəran"
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

20:00. "İnter" - "Qarabağ"
"Şəfa" stadionu.
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed