Şrift:
Azərbaycan ilin sonunadək ipoteka kreditləşməsinin yeni şərtlərini müəyyənləşdirəcək
02.08.2013 [13:52] - Gündəm, İqtisadiyyat
Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMB və ölkə hökuməti şərtlərin dəyişdirilməsi üçün müxtəlif modelləri öyrənir və ilin sonunadək təkliflər pakti üzərində işi yekunlaşdıracaq.
AMB bu prosesdə iki əsas məqsədi güdür. Birincisi, sosial və kommersiya ipotekasında əhalinin tələbatını qarşılamaq, ikincisi isə bankların ipoteka portfelinin təhlükəsizliyini saxlamaqdır.
Abdullayev bildirib: "İndiyədək ipoteka portfelinin təhlükəsizliyi ilə bağlı problemimiz olmayıb, bu risklər səmərli şəkildə idarə edilir. Məqsədimiz bu balansın qorunmasıdır".
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed