02.08.2013 [14:41] - Xəbərlər, Özəl xəbər
Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edilib.
M.Pənahov iclasda bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, prezidentin səlahiyyətinin bitdiyi vaxt oktyabr ayının 3-cü həftəsinin üçüncü gününə təsadüf edir. Bu il oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından, MSK prezident seçkisini həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır: "Təklif edirəm ki, prezident seçkisi günü yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə".
Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.
Qeyd edək ki, sonuncu prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkisi keçirilir.

Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |