02.08.2013 [15:49] - Xəbərlər, Hadisə
"QAZel" markalı yük avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Türkel TV-nin məlumatında bildirir ki, hadisə ötən gün saat 16:00 radələrində baş verib. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini Ağköynək kənd sakini 27 yaşlı İqbal Hüseynov belindən güllə yarası alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, İqbal Hüseynov Ermənistanla sərhəddə yerləşən Abbasbəyli kəndindəki gölün yaxınlığında çimməyə gedərkən hadisə baş verib. O, kənddən qayıdarkən "QAZel" markalı avtomaşın qəflətən düşmən tərəfindən gülləbaran edilib.
Xatırladaq ki, adıçəkilən göl düşmən mövqelərinin yaxınlığında yerləşir və bu ərazidə erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozur.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |