Şrift:
Türkiyə Ermənistana etiraz notası verib
02.08.2013 [15:51] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Ermənistan-Türkiyə sərhədində türkiyəli çoban Mustafa Ülkərin erməni silahlıları tərəfindən öldürülməsi ilə bağlı Ermənistana etiraz notası verib. Bu barədə "Hürriyyət" qəzeti məlumat verir.
Xatırladaq ki, iyulun 31-də türkiyəli çoban Mustafa Ülkər Ermənistan hərbçilərinin açdığı atəşi nəticəsində yaralanıb və o, aldığı yaralardan vəfat edib.
Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçilər ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.
Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonu komandirinin Ermənistan tərəfi ilə apardığı danışıqlar nəticəsində Ülkərin meyiti Türkiyəyə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed