Şrift:
Əfqanıstanda taliblər və təhlükəsizlik qüvvələri arasında atışma olub, 98 nəfər ölüb
03.08.2013 [00:12] - Gündəm, Hərb
Əfqanıstanın şərqində təhlükəsiz qüvvələri lə döyüşçülər arasında baş vermiş qarşıdurma zamanı ən azı 98 nəfər, o cümlədən 22 polis həlak olub. Bu barədə RİA Novosti məlumat verir.
"Frans Press" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir ki, bir neçə yüz döyüşçü cümə günü təhlükəsizlik qüvvələrinin ölkənin şərqində yerləşən Nangarhar vilayətindəki məntəqəsinə hücum edib. Bundan sonra polislər və hərbçilər taliblərə qarşı əməliyyat həyata keçiriblər.
Beş saatdən çox davam edən atışma nəticəsində 76 döyüşçü öldürülüb. Bununla yanaşı, təhlükəsizlik qüvvələri 22 nəfər itki verib.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed